Accessibility links

ABŞ Malidə sabitiliyin təmin olunması məqsədilə yardım ayırır


ABŞ Dövlət katibinin Afrika məsələləri üzrə müavini Conni Karson deyib ki, Malidə tərəqqi xalqın ehtiyaclarını təmin edə biləcək demokratik hökumət qurulmadan mümkün deyil. Dövlət Departamentinin rəsmisi ABŞ-ın Malidə uzun müddətli sabitliyin bərqərar edilməsi üçün yardım gsötərməyə hazır olduğunu deyib.

Conni Karson ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı Birləşmiş Ştatların Maliyə yardım missiyası ilə baölı Amerika qanunvericilərini məlumatlandırıb. Onun sözlərinə görə, ABŞ Fransa silahlı qüvvələrinin islamçı döyüşçülərə qarşı hərbi kampaniyasına dəstək məqsədilə yanacaq çatdırma üçün 22 təyyarə göndərib. Amerika diplomatı ABŞ hərbi hava qüvələrinin Fransa və Çad hərbi personalını daşımaq üçün C-17 təyyarələrinin 43 uçuş həyata keçirdiyini bildirib.
XS
SM
MD
LG