Accessibility links

Baydenin Meksikaya səfərinin gündəmində əsas məsələlər immiqrasiya və ticarətdir


ABŞ prezidenti Co Bayden və Meksika prezidenti Andres Manuel Lopez Obrador Meksikada görüşür, 8 yanvar, 2023.
ABŞ prezidenti Co Bayden və Meksika prezidenti Andres Manuel Lopez Obrador Meksikada görüşür, 8 yanvar, 2023.

Meksika prezidenti Andres Manuel Lopez Obrador Kanadanın baş naziri Castin Trudonun da regional sammitdən əvvəl bazar ertəsi Mexiko şəhərində ABŞ prezidenti Co Baydenlə görüşür.

Miqrasiya, iqlim dəyişikliyi, ticarət və istehsalat gündəmin əsas mövzularındandır.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib ki, prezidentlik dövründən bəri Meksikaya ilk səfərini edən Bayden "Şimali Amerika üçün ortaq bir baxış yaratmaq" istəyir.

Jan-Pyer Baydenin qanunsuz silah, narkotik maddə və insan alveri ilə mübarizədə əməkdaşlığın genişləndirilməsi, eləcə də ekoloji problemlərin həlli və "regionda qeyri-qanuni miqrasiya ilə birgə mübarizə" üçün addımlar barədə açıqlamalar verəcəyini bildirib.

Çərşənbə axşamı keçiriləcək sammitdən əvvəl Bayden, Trudo və Lopez Obrador həyat yoldaşları ilə birlikdə şam yeməyində olacaq.

Bayden Meksika ilə sərhədi keçən sənədsiz miqrant axınını əyani görmək üçün Texasın El-Paso şəhərinə səfər etdikdən sonra bazar günü axşam Meksikaya gəlib.

Sərhəd zonasına təxminən dörd saatlıq ziyarəti zamanı Bayden Amerikaya körpüsü giriş məntəqəsində dayanıb və orada Gömrük və Sərhəd Mühafizəsi işçiləri ilə görüşüb, onların sərhəddə qaçaqmalçılıq yolu ilə narkotik maddə, pul və digər vasitələrin axtarışını aparmalarını izləyib.

Bayden eyni zamanda Texas şəhərini Syudad Huarezdən ayıran ABŞ-Meksika sərhədindəki divar boyu bir hissəni ziyarət edib. Sərhəd xidmətinin iki işçisi prezidenti müşayiət edib.

Bayden El-Paso dairəsi Miqrant Dəstək Mərkəzinə baş çəkərək, orada yerli rəsmilər və icma liderləri ilə görüşüb.

Texasda Baydeni qubernator Qreq Abbott qarşılayıb və ona məktub verib. Abbott ştatdakı "xaosa" işarə edərək, bu vəziyyətin Baydenin immiqrasiyaya dair federal qanunları yerinə yetirə bilməməsinin nəticəsi olduğunu bildirib.

Bayden səfərindən sonra Twitter hesabında yazıb ki, ABŞ-Meksika sərhədinin təhlükəsizliyini təmin etmək və immiqrasiya prosesinin "nizamlı, düzgün, təhlükəsiz və humanist" şəkildə edilməsi mümkündür.

Baydenin Meksikaya səfəri 30 min kubalı, nikaraqualı, haitili və venesuelalının öz ölkələrindən müraciət etdiyi, yoxlanışdan keçdiyi və ABŞ-da maliyyə dəstəyi olduğunu təsdiq etdikləri təqdirdə hər ay ABŞ-a qəbul ediləcəyi və qanuni olaraq iki ilə qədər işləmək icazəsi veriləcəyi elan edildikdən bir neçə gün sonra baş tutub.

XS
SM
MD
LG