Accessibility links

Atlantik okeanda mövsümün ilk qasırğası başlayıb


2022-ci il Atlantik qasırğa mövsümünün ilk qasırğası Atlantik Okean üzərində, Azor adalarından 1425 kilometr qərbdə formalaşıb.

ABŞ Milli Qasırğa Mərkəzi cümə günü saatda sürəti 120 km-ə çatan “Daniell” tropik fırtınasının qasırğa dərəcəsinə çatdığını bildirib.

Mayamidə yerləşən qasırğa mərkəzi “Daniell” qasırğasının hazırda heç bir quru ərazi üçün təhlükə törətmədiyini, zəifləmədən və şimal-şərqə doğru hərəkət etmədən əvvəl yaxın bir neçə gün ərzində Atlantik Okean üzərində dolaşacağını proqnozlaşdırıb.

Fırtınanın formalaşmasının zamanı Atlantik qasırğa mövsümünün gec başladığını göstərir.

Qasırğa mərkəzi bildirir ki, ötən ay son 25 ildə ad verilən qasırğasız keçən ilk avqust olub. Kolorado Ştat Universitetinin qasırğa üzrə tədqiqatçısı Fil Klotzbax The Associated Press-ə bildirib ki, bu, 1941-ci ildən bəri ilk dəfədir ki, iyulun 3-dən avqustun sonunadək ad verilən bir qasırğa olmayıb.

"Daniell" qasırğası mövsümün adlandırılmış dördüncü qasırğasıdır.

Meteoroloqlar bu qasırğanın həm də Atlantik okeanda əmələ gələn uzaq şimal qasırğalarından biri və buna okean sularınının ortalamadan daha isti olmasının səbəb olduğunu deyib.

İsti sular adətən qasırğaların inkişafı üçün əlverişli olur. Ancaq meteoroloqlar deyirlər ki, Atlantik okeanda quru, sabit hava fırtınaların yaranmasının qarşısını almağa yardım edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG