Accessibility links

ABŞ qüvvələri husilərin daha bir raket hücumunu dəf etdiyini bildirib


ABŞ-ın Qırmızı dənizdəki gəmi yollarına qaçılmaz hücumların qarşısını almaq üçün qabaqlayıcı zərbələr endirməsindən bir neçə saat sonra, çərşənbə günü İranın dəstəklədiyi husi militantları Ədən körfəzindəki ticarət gəmilərinə yeni hücumlar həyata keçirib.

ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin Mərkəzi Komandanlığı çərşənbə günü axşam saatlarında bildirib ki, ABŞ idarəolunan raket esminesi Ədən körfəzdən keçən ABŞ-a məxsus tranzit konteyner gəmisi "M/V Maersk Detroit"i hədəf alan iki gəmi əleyhinə ballistik raketi vurub.

Üçüncü raket dənizə düşüb.

ABŞ rəsmilərinin bildirdiyinə görə, son hücumda xəsarət alan olmasa və ya konteyner gəmisinə ziyan dəyməsə də, bu, husilərin geri çəkilməyə niyyəti olmadığını göstərib.

Pentaqonun mətbuat katibi, general-mayor Pat Rayder çərşənbə axşamı Amerikanın Səsinə müsahibəsində "Əgər onlar dayanmasalar, biz lazımi tədbirləri görməyə davam edəcəyik. Ancaq burada məqsədimiz eskalasiya deyil. Əslində bunun əksidir. Bu, gərginliyi aradan qaldırmaq, beynəlxalq gəmilərin və dənizçilərin bu su yolundan təhlükəsiz şəkildə keçə bilməsini təmin etməkdir" deyib.

Çərşənbə günü son hücumdan bir neçə saat əvvəl ABŞ husilərin nəzarətində olan Yəmənə qabaqlayıcı zərbələr endirib və Qırmızı dənizdə beynəlxalq gəmiçiliyi hədəf aldığı iddia edilən iki gəmi əleyhinə raketi məhv edib.

ABŞ Mərkəzi Komandanlığının bəyanatına görə, raketlər "ticarət gəmiləri və bölgədəki ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün qaçılmaz təhlükə yaradırdı".

ABŞ-ın qabaqlayıcı zərbələri və husi hücumlarının son hücumu bazar ertəsi ABŞ və Britaniyanın döyüş təyyarələri, gəmilər və sualtı qayıqlarla husilərin bölgədəki əsas gəmi yollarına aylarla davam edən hücumlarını davam etdirmək qabiliyyətini azalltmaq məqsədi daşıyan hücumundan sonra baş verib.

Forum

XS
SM
MD
LG