Accessibility links

Transseksualların ABŞ ordusunda qulluq edib-etməyəcəyinə qərar verilməlidir


Birləşmiş Ştatların müdafiə naziri Cim Mattis transseksualların orduda qulluq edib-etməməsi barədəki qaydaları hələ prezident Trampa təqdim etməyib.

Pentaqonun sözçüsü Amerikanın Səsinə Mattisin bu məsələ ilə bağlı öz təklifləri olduğunu deyib.

Prezident Tramp keçən ilin iyul ayında ordu generalları və hərbi ekspertlərlə məsləhətləşmələrdən sonra transseksualların orduda qulluq etmələrinə qadağa qoyulması barədə göstəriş vermişdi.

Özünün Tweeter səhifəsində Tramp ordunun diqqəti transseksual əsgərlərin problemlərinə və böyük tibbi xərclərinə deyil, qalibiyyətə yönəltməli olduğunu yazıb.

Federal məhkəmələr Trampın Obama administrasiyasının transseksual əsgərlərin hərbi sıralarda qulluq edə biləcəkləri və tibbi yatdım ala biləcəklərinə qoyduğu qadağını rədd edib.

Pentaqon mart ayının 23-nə qədər Trampın transseksual əsgərlərlə bağlı açıqlama verəcəyini gözləyir.

XS
SM
MD
LG