Accessibility links

Modi və Bayden insan hüquqları və demokratiya ilə bağlı tənqidləri rədd edib


Modi və Bayden insan hüquqları və demokratiya ilə bağlı tənqidləri rədd edib
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Modi və Bayden insan hüquqları və demokratiya ilə bağlı tənqidləri rədd edib

ABŞ Prezidenti Co Bayden və Hindistan Baş naziri Narendta Modi Hindistan liderinin Vaşinqtona səfəri zamanı insan hüquqları və demokratik dəyərlərlə bağlı müzakirələrin ikinci plana atıldığına dair tənqidləri rədd edib.

ABŞ Prezidenti Co Bayden cümə axşamı Ağ Evdə Hindistanın Baş naziri Narendra Modini qarşılayarkən ABŞ-Hindistan əlaqələrinin gücünü vurğulayıb.

“Mən uzun zamandır inanıram ki, ABŞ-la Hindistan arasında münasibətlər 21-ci əsrin ən əhəmiyyətli münasibətlərindən biri olacaq,” Bayden deyib.

Modi də bu fikri təkrarlayaraq deyib ki, yeni dünya nizamı yaranır.

“Bu dövrdə Hindistanla ABŞ arasında əlaqələr bütün dünyanın gücünü artırmaqda mühüm rol oynayacaq,” o bildirib.

Administrasiya ABŞ-ın Rusiya ilə münaqişəsi və Çinlə artan gərginlik fomunda Dünyanın ən çox əhalisi olan ölkəsini cəzb etməyə çalışır.

Tənqidçilər deyir ki, Vaşinqton bunu insan hüquqları bahasına edir. Bayden isə bu iddianı rədd edir.

“Mən inanıram ki, ABŞ-Çin münasinətlərinin ABŞ-Hindistan münasibətləri ilə [eyni vəziyyətdə] olmamasının əsas səbəblərindən biri biz ikimiz də demokratiya olduğumuza görə bir-birimizə çox böyük hörmətimizin olmasıdır,” o deyib.

Modi hökumətinin dini azlıqlara təzyiq göstərdiyinə və tənqidçiləri susdurduğuna dair tənqidləri inkar edib.

“Hindistan və Amerika, hər iki ölkədə demokratiya bizim DNT-mizdədir. Dərin demokratiya bizim ruhumuzdur. Demokratiya bizim damarlarımızda axır,” Modi deyib.

70-dən çox qanunverici Baydeni Modi ilə insam hüquqları və demomratik dəyərləri məsələlərini qaldırmağa çağırıb.

“Bu, Birləşmiş Ştatlarla olan çox mühüm münasibətdir. Ancaq biz bunu öz dəyərlərimizə sarmalıyıq və Hindistan öz vətəndaşlarının hüquqlarını qorumaq üçün daha çox iş görməlidir,” ABŞ senatoru Ben Kardin bildirib.

Bununla belə Modi Konqresin birgə iclasında çıxış etməyə dəvət olunub. Konqresin birgə iclasında iki dəfə çıxış edən ilk Hindistan baş naziri olaraq o, hindistanlı Amerika vətəndaşlarını xüsusi vurğulayıb.

“Onların bəziləri fəxrlə bu palatada otururlar. Onlardan biri mənim arxamdadır. O tarix yazıb!” Modi deyib.

Modi müdafiə və kririk və inkişaf edən texnologiyalar kimi sahələrdə mühüm əməkdaşlığı vurğulayıb.

XS
SM
MD
LG