Accessibility links

NATO: "Müdafiə xərclərinin artması ABŞ-la Avropa arasında mübahisələrə səbəb olur" [Təhlil]


Birləşmiş Ştatlar rəsmiləri Rusiya ilə Ukrayna arasındakı gərginliyə görə müdafiə xərclərinin artmasının ABŞ-la Avropa arasında mübahisələrin armasına səbəb olduğunu deyir. Belə bir xəbərdarlıq ABŞ tankları və hərbi gəmilərinin hazırda NATO-nun Avropada keçirilən təlimlərində iştirak etdiyi vaxta təsadüf edir.

Liberty Promise karqo gəmisi 400-ə yaxın zirehli maşını ABŞ-ın hərbi gücünü nümayiş etdirmək üçün bu həftə Latviyanın paytaxtı Riqaya göndərilib. Birləşmiş Ştatlar general-mayoru Con Okonnor bunun həmrəylik nümayişi olduğunu deyir. “Biz alyansın hərbi gücünü hər yerdə və hər zaman nümayiş etdirə bilərik. Hazırda biz Latviya xalqına deyirik ki, Birləşmiş Ştatlar və Avropa ordusu lazım olan müttəfiqinə və lazım olan zaman həm qurudan, həm havadan, həm də dənizdən dəstək verə bilər.

Bir il əvvəl Rusiyanın Krımı ilhaqından və Ukraynanın şərqinə təcavüzündən sonra NATO dəfələrlə Rusiya təhlükəsinin artdığı barədə xəbərdarlıq edib.

Uelsdə keçirdiyi sammitində NATO üzvləri müdafiə sahəsinə Ümumdaxil Məhsul istehsalının cəmi 2 faizini xərclənəcəyi barədə öhdəlik imzalayıb. Lakin “Avropa Liderliyi Şəbəkəsi”nin elmi işçisi Lukaş Kulesa deyir ki, onun qrupunun apardığı araşdırmanın nəticələri NATO-ya üzv olan 14 dövlətdən yalnız Estoniya bu öhdəliyə əməl edə bilər.

“Uelsdə sənədə imza atan ölkələr verdikləri sözə əməl etmirlər. Yəni onlar hərbi xərcləri azaldırlar.”

Birləşmiş Ştatların NATO-dakı ən güclü müttəfiqi Britaniyanın belə görünür ki, hərbi xərcləri iki faizdən də az olacaq. Beynəlxalq Strateji Araşdırmalar Mərkəzindən təhlilçi Ben Barri bunun koalisiya əməliyyatlarında Britaniyanın roluna təsir edə biləcəyini deyir. “Britaniya ordusunun artıq əvvəllər olduğu kimi gücü yoxdur ki, beynəlxalq əməliyyatlara lazımi qüvvə göndərsin. Bu da o deməkdir ki, koalisiya əməliyyatlarında beynəlxalq tərəfdaşlar hərbi qüvvələrini daha da gücləndirməlidir.”

Lukaş Kulesanın dediyinə görə, Birləşmiş Ştatlar NATO-dakı qüvvələrini artırmalıdır.

“Bu, Soyuq Müharibə dövründəkindən 20 faiz artıqdır və 70 faiz deməkdir.”

Rusiya Ukrayna ilə sərhəd bölgəsində müntəzəm olaraq hərbi təlimlər keçirir və NATO komandirləri Moskvanın ordusunu müasir silahla təmin edilməsi üçün investisiyanı artırdığı barədə xəbərdarlıq edir.

XS
SM
MD
LG