Accessibility links

ABŞ-da zəngin qaz yataqları bütün dünyada enerji problemlərinin həllinə yol aça bilər


ABŞ-da zəngin qaz yataqları bütün dünyada enerji problemlərinin həllinə yol aça bilər
ABŞ-da zəngin qaz yataqları bütün dünyada enerji problemlərinin həllinə yol aça bilər

Texasdan Pensilvaniyaya qədər geniş ərazidə qazma işləri aparılır, ABŞ-ın Ətraf Mühiti Mühafizə Agentliyi isə bunun təsirlətini araşdırır

Altı il bundan əvvəl ABŞ-ın təbii qaza olan tələbatı təklifdən artıq idi və zəngin qaz ehtiyatlarına malik ölkələr Birləşmiş Ştatlara qaz ixrac etmək üçün xüsusi konteynerlərdən istifadə etmək planları üzərində işləyirdi.

Rusiyanın Qazprom şirkəti ABŞ-ın şərq sahilindəki limanlara maye qazın nəql edilməsini, Qətər isə Texas ştatının Meksika körfəzi sahilində terminal yaratmağı planlaşdırırdı.

Amma Hyustonda Rays universitetinin Ceyms Beyker instituunda ABŞ-ın milli təhlükəsizliyi və enerjiyə dair araşdırmada göstərilir ki, Birləşmiş Ştatlar daha xaricdən qaz idxal etməyə ehtiyac duymur.

Araşdırmanın müəllifləri Beyker institutunda təhlilçilər Ken Medlok, Eymi Caffe və Piter Hartlidir.

Ken Medlok:“Maye qazın Amerikaya gətirilməsi üçün böyük səylər göstərilirdi, amma ölkə daxilində istehsal sahəsində inkişaflar bütün bu gözləntiləri alt-üst etdi. “

Tədqiqatçı alim deyir ki, bunun təkcə ABŞ iqtisadiyyatının durumunun yaxşılaşması və yeni iş yerlərinin yaradılması deyil, həm də qaza ehtiyacı olan başqa ölkələrə köməyi olacaq. Onun sözlərinə görə, Birləşmiş Ştatlara çatıdırılması nəzərdə tutulan qaz indi başqa yerlərə göndərilə bilər. “Beləliklə, maye qaz indi Avropa və Asiyaya çatdırıla bilər-deyə o bildirir.

Onun sözlərinə görə, bu, Rusiya qazından asılı olan Avropa üçün olduqca böyük əhəmiyyət daşıyır.

2006-cı ildə Rusiya qazın qiymətilə bağlı mübahisələrə görə Ukraynaya və Sovet İttifaqı dövründə bir zamanlar geniş nüfuza malik olduğu başqa ölkələr və xüsusilə də Polşaya qazın nəqlini dayandırdı. Polşa indi özü şist qaz hasil etmək istəyir. ABŞ-da qazıntı əməliyyatlarını öyrənmək üçün Polşadan mütəxəssislər Texasa gəliblər.

Ken Medlok deyir ki, yerin dərin qatlarında şist təbəqəsinin aşkar edilməsi bir sıra ölkələrdə təbii qaz bumuna gətirib çıxara bilər.

“Təkcə Polşada deyil, başqa Avropa ölkələrində də şist qazın(slants qazı) hasil edilməsi sahəsində fəaliyyətlər genişlənməkdədir. Şist qatı bütün yerlərdə var. Yadınızda saxlayın ki, bu, bir daş süxur növüdür, buna görə də regionda hər yerdə tarixən bu adi qaz mənəbəyi mövcuddur.”

Ken Medlokun sözlərinə görə, təbii qaz ehtiyatlarının artması İranın nüvə silahı istehsal etmək ambisiyalarının qarşısını almağa kömək edə bilər, belə ki, Tehran bundan sonra ölkənin zəngin qaz ehtiyatlarından daha şirnikləndirmə vasitəsi kimi istifadə edə bilməyəcək.

ABŞ-ın təbii qaz hasilatını genişləndirməsi ətraf mühitə bunun təsirləri ilə bağlı araşdırmalar prosesin zərər vura biləcəyini göstərsə, qarşıdan gələn illər ləngiyə bilər. Araşdırmaların böyük hissəsi göstərir ki, enerji şirkətlərinin qazma işləri aparması suyun çirklənməsinə səbəb olur və ətraf mühitə bu və ya başqa şəkildə təsir göstərir.

Lakin Ken Medlok deyir ki, prosesin özü-özlüyündə problem yaratdığını sübut edən dəlil çox azdır və ABŞ-ın Ətraf Mühiti Mühafizə Agentliyinin apardığı araşdırmada yəqin ki, bütün problemlər qeyd ediləcək. Medlok habelə ətraf mühit mühafizəçilərinin böyük hissəsinin gələcəyin təmiz enerji mənbəyi kimi təbii qaz hasilatını genişləndirmək tərəfdarı olduğunu qeyd edir, çünki bu, yolla hasil edilmiş qaz daş kömür, ya da neft hasilatından daha təmiz hesab edilir.

“Bu inkişafların miqyasını götürdükdə, qaza olan tələbatın artdığını müşahidə edəcəksiniz və açığını desəm, daş kömürdən qaza keçid karbon qazı tullantılarının kəskin azalmasına gətirib çıxaracaq.”

ABŞ-ın Ətraf Mühiti Mühafizə Agentliyi araşdırmanı gələn ilin sonu başa çatdıracaq. Texas Universitetinin apardığı araşdırmanın nəticələrinin də bir neçə aydan sonra açıqlanacağı gözlənilir.

XS
SM
MD
LG