ABŞ prezidenti Barak Obama Amerikada silahların istifadə edildiyi zorakılıqların qarşısını almaq səylərinə dəstək verəcəyinə söz verib.
ABŞ-ın NBC tele-şirkətinə müsahibə verən cənab Obama Konnektikut ştatında ibtidai məktəbdə iki həftə bundan əvvəl 20 uşağın və altı adamın ölümülə nəticələnmiş faciənin onun dörd illik prezidentliyi dövrü ən pis gün olduğunu deyib.
Prezident Obama deyib ki, o, silah almaq isəyən insanlar haqda məlumatların yoxlanılması, odlu silah satışlarının qadağan edilməsi kimi səylərə dəstək verəcək. Cənab Obama vətəndaşların silaha malik olmasına konstitusiyanın icazə verdiyi Birləşmiş Ştatlarda bu səylərin birmənalı qarşılanmayacağını bildiyini deyib. Lakin onun sözlərinə görə Birləşmiş Ştatlar məktəblərdə baş vermiş faciələri zaman keçdikdə unutmaq deyil, silaha nəzarət edilməsinə dair qanunlar qəbul etməlidir.
ABŞ-ın vitse-prezidenti Co Bayden qətliam hadisələrinin baş verməsinin qarşısını almaq üçün qanunvericilik aktının hazırlanması ilə məşğul olacaq heyətə rəhbərlik edəcək.
Cənab Obama ABŞ-ın Milli Silah Assosiasiyasının ölkənin təxminən 100 min məktəbində silahlı nəzarətçilərin qoyulmasına dair təklifinə skeptik yanaşdığını deyib.