Accessibility links

Obama Konqresi silahlara nəzarətə dair yeni ölçüləri həyata keçirməyə çağırıb


ABŞ Prezidenti Barak Obama illik müraciətini silahlara nəzarətə dair ölçülər haqda yeni qanunun Konqresdə təsdiqinə çağırışla başa çatdırıb.

Konqresin keçmiş üzvü xanım Qabbi Qiffords və cənab Obamanın inaqurasiyasında orta məktəbin musiqi qrupu ilə çıxış etdikdən bir həftə sonra güllə ilə vurulub öldürülən çikaqolu yeniyetmə Hadiya Pendletonun valideynləri daxil olmaqla silahlı zorakılıq qurbanları və sağ qalanlar ABŞ prezidentinin müraciətini zalda dinləyirdi.

Prezident Obama qanuvnericilərin yeni qanunlarla bağlı fəaliyyət göstərmək kimi vəzifəsi olduqlarını deyib.

“Onlar bu qanuna səs verilməsinə layiqdirlər. Qabbi Qiffords buna layiqdir. Nyutaun qəsəbəsinin ailələri səs verilməsinə layiqdir. Auroranın ailələri buna layiqdir. Oak Qrik, Tuskon və Blaksburq şəhərinin ailələri, həmçinin silah zorakılığına məruz qalmış sayısız digər icmalar səs verməyə layiqdir.”

Cənab Obama deyib ki, amerikalıların böyük əksəriyyəti silah alan insanlar haqda məlumatların yoxlanılması və silahların alındıqdan sonra yenidən cinayətkarlara satışının qasşını almaq məqsədi güdən islahatları dəstəkləyir.

Silahlı zorakılıq dekabr ayında Konnektikut ştatında orta məktəbdə 20 uşağın və altı müəllimin ölümünə səbəb olan qətliamdan bəri diqqət mərkəzində olan məsələlərdən birinə çevrilib.
XS
SM
MD
LG