Accessibility links

ABŞ-ın körfəz regionu sahillərində neftin sızmasının dayandırılması səyləri davam edir


ABŞ-ın Sahil Mühafizə qüvvələri və BP şirkəti Meksika körfəzində suyun altındakı quyudan neftin sızmasının qarşısını almağa çalışır.

ABŞ-ın Sahil Mühafizə qüvvələri və BP şirkəti Meksika körfəzində suyun altındakı quyudan neftin sızmasının qarşısını almağa çalışır.

BP-nin icraçı direktoru Toni Hayvard deyib ki, şirkət ətraf mühit üçün fəlakət yarada biləcək neft sızmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edir.

Neft quyusunda aprelin 20-də partlayış və bundan sonra yanğının baş verməsi nəticəsində platforma batmışdır. Platformada çalışan işçilərin böyük hissəsi qaça bilmiş, lakin 11 nəfər itkin düşmüşdür.

Luizina ştatının sahilindən 67 kilometr məsafədə yerləşən quyudan gündə 160 000 litr xam neft dənizə sızır.

80 kilometrlik məsafəyə yayılan neft üç gündən sonra ABŞ-ın dörd ştatı, Texas, Missisipi, Florida və Luiziana ştatlarının sahillərinə çata bilər.

XS
SM
MD
LG