Accessibility links

BP neft axınını dayandırmaq üçün yeni təzyiqlərlə qarşılaşır


ABŞ-ın Sahil Mühafizəsinin kontr-admiralı Ceyms Vatson şirkətin neft axınını dayandırmaq üçün səylərilə bağlı narahatlığını ifadə edib

BP enerji nəhəngi Meksika körfəzində neft axınının qarşısını almaq üçün daha artıq təzyiqlərlə qarşılaşır. BP rəsmilərinə məktubunda ABŞ-ın Sahil Mühafizəsinin kontr-admiralı Ceyms Vatson şirkətin neft axınını dayandırmaq üçün səylərilə bağlı narahatlığını ifadə edib. Vatson deyib ki, BP-nin neft axınını dayandırmaq planlarında avadanlıq işləməsə, ya da başqa problemlər meydana çıxsa adekvat ölçülər göstərilmir. Admiral BP rəsmilərinə daha yaxşı plan təqdim etmək üçün bazar gününün sonuna qədər vaxt verib. Bu arada, BBC-yə müsahibəsi zamanı Britaniyanın Xarici İşlər naziri Vilyam Heyq deyib ki, Birləşmiş Ştatlar hökumətinin BP tənqid etməsinə baxmayaraq, ABŞ və Britaniya arasında münasibətlər çox yüksək səviyyədədir.

XS
SM
MD
LG