Accessibility links

ABŞ Çinin Ukraynada atəşkəs təklifinə qarşıdır


Arxiv - Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 4-də, Çinin paytaxtı Pekində görüş keçirib.
Arxiv - Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 4-də, Çinin paytaxtı Pekində görüş keçirib.

Ağ Ev Çin Prezidenti Şi Tsinpinin gələn həftə Moskvada Rusiya lideri Vladimir Putinlə görüşündən və Ukrayna Prezidenti Volodir Zelenski ilə telefon danışığından öncə Pekinin Ukraynada atəşkəs təklifini rədd edir.

“Biz bu görüşdən sonra hər hansı atəşkəs çağırışı olsa, narahat olarıq,” Milli Təhlükəsizlik şurasnın strateji kommunikasiya üzrə koordinatoru Con Kirbi cümə günü Amerikanın Səsin müsahibədə deyib. “Atəşkəs yaxşı səslənsə də, bu, Rusiyanın yerdə əldə etdiyi irəliləyişləri təsdiqləyir.”

Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov isə cümə günü deyib ki, Şi ilə danışıqlardan sonra Ukraynada müharibəyə yeni yanaşmalar yarana bilər.

“Mən əminəm ki, bizim liderimiz və Çinin lideri oradak vəziyyətlə bağlı dəyələndirmə mübadiləsi edəcəklər,” o deyib. “Biz oradan hansı ideyaların yaranacağını görəcəyik.”

Kirbi atəşkəsin Moskvanı gələcəkdə Ukraynaya daha effektiv hücuma hazırlaşmaq imkanı verə biləcəyinə işarə edib. O əlavə edib ki, hazırda atəşkəs “Ukrayna maraqlarına xidmət etmir” və “BMT xartiyasının pozulması olacaq,” çünki bu, Rusiyanın Ukraynanın daxilində qeyri-qanuni olduğunun tanınmasını aradan qaldıracaq.

Pekinin müdaxiləsini ehtiyatla qarşılayan Zelenski deyib ki, uğur sözlərdən deyil, hərəkətlərdən asılı olacaq.

Pekin ötən ay Ukraynada siyasi nizamlanma üçün 12 bəndlik çərçivə açıqlayıb və “hərtərəfli atəşkəsə” nail olmaq üçün “mümkün qədər tez birbaşa dialoqa” çağırıb.

Sənəddə Rusiyanın Ukrayna ərazilərinin işğalının həlli və ya Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı konkret məlumatlar olmayıb. Orada Rusiya qüvvələrinin geri çəkilməsinə çağırış yer almayıb.

Çinin motivləri

Corc Buş İnstitutunun icraçı direktoru Devid Kramer deyib ki, çinlilər atəşkəs təklif etməklə “Putin üçün nəyisə xilas etməyə” çalışırlar.

“Rusiya qüvvələri yaxşı vəziyyətdə deyil,” o deyib. “Və bizim bu nöqtədə Çinin müdaxiləsinə ehtiyacımız yoxdur.”

Amma bütün müşahidəçilər Pekinin diplomatik təkliflərini rədd etməyə tələsmir. Putinin Qərblə bütün körpüləri yandırdığını və Çindən daha asılı vəziyyətə düşdüyünü nəzərə aldıqda, Şi-nin sülhə vasitəçilik etmək üçün şansı ola bilər,

Quincy Məsuliyyətli Dövlətçilik İnstitutunun Böyük Strategiya direktoru Corc Bib deyir ki, Putinin Qərblə bütün körpüləri yandırdığını və Çindən daha asılı vəziyyətə düşdüyünü nəzərə aldıqda, Şi-nin sülhə vasitəçilik etmək üçün şansı ola bilər,

“Onun Çinin iştirakını tamamilə rədd etmək üçün məhdud manevr imkanları var,” Bib Amerikanın Səsinə deyib.

Ukrayna tərəfində isə Bib qeyd edir ki, onlar Pekindən asılı olmasalar da, onlar başa düşürlər ki, Çin potensial olaraq gözlənilməz oyunçu ola bilər. Zelenski Şi ilə Pekinin Putinə hərbi dəstək verməsinin qarşını almaq üçün Şi ilə əlaqə qurmaq istəyə bilər ki, bu da müharibənin nəticəsini dəyişə bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG