Accessibility links

Britaniya kralına həsr edilmiş The King's Speech kino filmi Oskar tacına sahib oldu


Britaniya kralına həsr edilmiş The King's Speech kino filmi Oskar tacına sahib oldu
Britaniya kralına həsr edilmiş The King's Speech kino filmi Oskar tacına sahib oldu

Los Ancelesdə Amerika Kino Akademiyasının 83-cü Oskar mükafatlarının təqdimatı mərasimində Britaniya kralı Altıncı Corca həsr edilmiş The King's Speech ən yaxşı kino-film titulunu aldı. Kino-film nominasiya olduğu 12 kateqoriyadan dördündə mükafatlara layiq görüldü.

Qlobal fenomen olan Facebook sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqə həsr edilmiş The Social Network kino-filmi nominasiya edildiyi səkkiz kateqoriyadan üçündə Oskar aldı. Mükafatlardan biri ən yaxşı adaptasiya edilmiş ssenari kateqoriyası idi.

Ən yaxşı kişi və qadın rolunun ifaçısı kateqoriyasında mükafatlar əvvəlcədən proqnozlaşdırıldığı kimi, The King's Speech kino-filmində baş rolun ifaçısı Kolin Firth və balerinanın ağır həyatından bəhs edən Black Swan kino-filmində baş rolun ifaçısı Natali Portma

Gənc auditoriyanın diqqətini cəlb etmək məqsədilə builki Oskar mükafatlarının təqdimatı mərasimini Hollivudun gənc ulduzları Ceyms Franko və Enn Hatavey idi. Ceyms Franko həm də qayalarda ilişib qalan alpinistin həyatını xilas etmək üçün apardığı mübarəziyə həsr edilmiş 127 Hours filmində ifa etdiyi baş rola görə ən yaxşı kişi rolunun ifaçısı kateqoriyasında Oskara nominasiya edilmişdi.

The King's Speech kino-filminin yaradıcısı Toni Huper (Tony Hooper) ən yaxşı quruluşçu-rejissor kateqoriyasında Oskar aldı.

XS
SM
MD
LG