Accessibility links

Fələstinlilərə Yardım Agentliyi yeni donorlar axtarır


Tramp administrasiyasının Birləşmiş Ştatların bu il fələstinlilərə yardımın azaldılmalı olduğunu bəyan etməsindən sonra BMT-nin Fələstinli qaçqınlara Yardım Agentliyi 500 milyon dollar həcmində yardım kampaniyasına başlayıb.

Fələstinlilərə Yardım Agentliyi yeni donorlar axtarır
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Vaşinqtonun iki həftə əvvəl ənənəvi 350 milyon dollarlıq yardımı azaldaraq 60 milyona endirəcəyi xəbəri Fələstin qaçqınları üçün gözlənilməz oldu.

Yardımın kəsilməsi Qəzza Zolağı, İordan Çayının Qərb Sahili, İordaniya, Livan və Suriyadakı 5 milyon fələstinli qaçqına yardım edən BMT-nin Fələstinlilərə Yardım Agentliyini çətin duruma salıb. Fələstinlilərə Yardım Agentliyinin Nyu-York direktoru Piter Molrean: “Biz region boyu 700 məktəbdə 500 min şagirdin təhsil almasına yardım edirik. Biz keçən il 150 səhiyyə ocağına müraciət edən 9 milyon insana yardım etmişik. 1,7 milyon fələstinli qaçqınımızın ərzağa ehtiyacı var - onlardan təkcə bir milyonu Qəzzadadır. Bunu birdən birə dayandırmaq mümkün deyil.”

Prezident Donald Trumpın dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanıması və ABŞ səfirliyinin bu şəhərə köçürüləcəyini elan etməsindən sonra Fələstin Muxtariyyəti və Vaşinqton arasında gərginlik artıb.

Fələstinlilərin təkidi ilə BMT-nin Baş Assambleyasında Birləşmiş Ştatların qərarını yekdilliklə qınayan qətnamənin qəbul edilməsi, yardımın kəsilməsinin buna cavab olaraq atılan siyasi addım olduğu haqda fikirlərə yol açıb. Dövlət Departamentinin sözçüsü Hiter Hauert: “Bu, heç kimə cəza vermək demək deyil. Birləşmiş Ştatlar hökuməti və Tramp administrasiyası inanır ki, burada, necə deyərlər, yükün bölüşdürülməsi olmalıdır.”

Amerikanın Səsinə keçən həftə verdiyi müsahibəsində Nikki Heyli bu məsələyə daha kəskin münasibət bildirib. “Onlar BMT-yə üz tutur və sözləri və əməlləri ilə bizimlə təhqiramiz davranıblar. Bizim təhqir olunduğumuza görə pul ödəmək fikrimi yoxdur.”

Bu arada isə BMT-nin Fələstinlilərə Yardım Agentliyi 70 illik fəaliyyətini davam etdirmək üçün yeni donorlar axtardığı bir vaxt Tramp administarsiyası ilə bütün kommunikasiya kanallarını açıq saxlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG