Accessibility links

Pentaqon Ukraynaya daha 1,1 milyard dollarlıq hərbi yardım ayıracağını açıqlayıb


Pentaqon Ukraynaya əlavə olaraq 1,1 milyard dollarlıq yardım ayırır və bu, Bayden administrasiyası vəzifəyə gələndən bəri ABŞ-ın ümumi hərbi yardımını təxminən 17 milyard dollara çatdırır.

Son paketə daha 18 Yüksək Sürətli Artilleriya Raket Sistemi (HIMARS) və onların döyüş sursatları daxildir. ABŞ müdafiə rəsmilərinin dediyinə görə, bu silahlar Rusiyanın fevral ayında ölkəni işğal etməsindən bəri Ukraynaya öz ərazisini müdafiə etməkdə yüksək effektli olduğunu sübut edib.

ABŞ artıq Ukraynaya 16 HIMARS verib. Yüksək səviyyəli müdafiə rəsmisi çərşənbə günü jurnalistlərə bildirib ki, Bayden administrasiyası növbəti 18 sistemin alınma prosesinə başlayır, belə ki, onların alınması, hazırlanması və çatdırılması illər çəkəcək.

Son paket Ukraynanın uzunmüddətli müdafiə və təhlükəsizlik ehtiyaclarına yönəlmiş müqavilələri maliyyələşdirən Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində silah və avadanlıqların satın alınmasını maliyyələşdirir.

Yüksək səviyyəli müdafiə rəsmisinin sözlərinə görə, 1,1 milyard dollarlıq paketdəki digər silah və avadanlıqların Ukraynaya çatdırılması iki aydan iki ilə qədər vaxt aparacaq. Bunlara Rusiyanın Ukrayna qoşunlarına qarşı istifadə etdiyi dronlara qarşı mübarizə sistemləri, 22 radar, 150-yə yaxın Humvee, 150-yə yaxın silah-sursat daşıyan taktiki maşın, onlarla yük maşını və qoşqu, zireh, rabitə, müşahidə və partlayıcı maddələrin zərərsizləşdirilməsi üçün avadanlıqlar daxildir.

Texniki baxım və təlimləri də bu paket maliyyələşdirilir.

Pentaqonun dediyinə görə, Rusiya qüvvələri Ukrayna qüvvələrini hədəf almaq üçün İran istehsalı olan pilotsuz təyyarələrdən istifadə edib və o, bu silahların qarşısının alınmasına ehtiyac duyur.

Çərşənbə günü yüksək səviyyəli hərbi rəsmisi deyib ki, ABŞ Rusiyanın son səfərbərliyindən sonra Ukraynaya göndərdiyi ehtiyatdakı ilk dəstəsinin "az sayda" olduğunu görüb. Rusiya ağır döyüş meydanında itkilər fonunda Ukraynada döyüşmək üçün 300 minə yaxın əsgəri çağırmaq planıını açıqlayıb.

Səfərbərlik elan edildikdən sonra on minlərlə rusiyalı kişi sərhədyanı ölkələrə qaçıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG