ABŞ prezident seçkilərinə namizədliyini irəli sürmüş iş adamı Herman Keyn seksual əlaqələrə dair iddialardan sonra seçki kampaniyasını dayandırdığını elan edib. Keyn bunu dogma statı olan Corciya paytaxtı Atlantada tərəfdarları qarşısında görüşdə bildirib.
O, iddiaları saxta və əsassız adlandıraraq, tərəfdarlarına deyib ki, bu iddialar onun ailəsinə zərər vurmuş və onun özünü isə Amerika xalqının problemlərini həll etmək yolundan yayındırmışdır.
Sentyabr və oktyabr aylarında ictimai rəy sorğularına görə respublikaçılar partiyasından prezident seçkilərində nominasiya uğrunda rəqabət aparan namizədlər arasında irəliyə çıxmışdı.
Lakin bir neçə qadının onu seksual təzyiqlərdə ittiham etməsindən sonra Keynin reyqinti düşməyə başlamışdır. Corciya ştatından sonuncu iddiaçı qadın Keynlə 13 ildir əlaqədə olduğunu deyib. Kampaniyasını dayandırmasına baxmayaraq, Keyn fəal mövqe tutacağını bildirib.