Accessibility links

ABŞ qanunvericiləri ölkənin borcu ilə bağlı yeni siyasi mübahisə qarşısındadır




Hökumət xərclərinin ixtisarı ətrafında gərgin müzakirələr başlayır

Senatda Respublikaçıların lideri Mitç Makkonnel partiyanın vergilərin yüksəldilməsi ilə bağlı işi gördüyünü və “vergi məsələsinin bitdiyini” bildirib. ABC tele-şirkətinə müsahibədə o, prezident Barak Obama və qanun vericilərin diqqəti xərləcin azaldılması məsələsinə yönəltməli olduğunu deyərək, Vaşinqtonun “xərcləmək xəstəliyini” ölkənin ən böyük problemi adlandırıb.

Lakin Konqresin Nümayəndələr Palatasında nüfuzlu demokrat, demokrat azlığın lideri Nensi Pelozi CBS tele-şirkətinə müsahibədə vergi məsələsinin hələ də masa üzərində olduğunu deyib.

Bu fikirlər qanunverilərin yüksək vergilər və xərlərin azaldılmasının vəhdətindən ibarət “maliyyə uçurumu” na yol verməmək üçün kompromis əldə etməsindən bir həftədən az bir müddət keçdikdən sonra səsləndirilir. Konqresin bu addımı xroniki büdcə çatışmazlığı və artıq 16 trilyon dollar çatan borcun azaldılması məqsədilə atılmışdır.

Qanunvericilərin qəbul etdiyi güzəştli təklif vergilərin yalnız zəngin amerikalılar üçün artırılmasını nəzərdə tutur. Lakin prezident və qanunvericilərə ağır iqtisadi ölçülərin götürlməsindən öncə xərləcin azaldılması məsələsilə bağlı qərar vermək üçün əlavə iki ay vaxt verilir.

Bəzi iqtisadçılar qərarın qəbul edilməməsinin ölkəni daha bir tənəzzülə sürükləyə biləcəyi ilə bağlı xəbərdarlıq edir.
XS
SM
MD
LG