Accessibility links

ABŞ İran proksilərinə qarşı “bir neçə cavab” hazırlayır


Birləşmiş Ştatlar İranın dəstəklədiyi militantların ABŞ əsgərlərinin ölümünə səbəb olan pilotsuz təyyarə hücumuna cavab olaraq "ciddi addımlara" hazırlaşarkən, İranın İraqdakı ən çox etibar etdiyi şəxslərdən biri - Kətayib Hizbulla ABŞ-ın bölgədəki qoşunlarına qarşı bütün hərbi əməliyyatlarını dayandırdığını bəyan edib.

Çərşənbə axşamı jurnalistlərlə görüşən ABŞ prezidenti Co Bayden İordaniyanın İraq və Suriya sərhədi yaxınlığındakı ABŞ bazasına 3 amerikalı əsgərin ölümü və 40-dan çoxunun yaralanması ilə nəticələnən hücuma cavab olaraq, hərbi əməliyyatla bağlı qərar qəbul etdiyini bildirib.

Nə Bayden, nə də onun rəsmiləri bununla bağlı ətraflı məlumat verməyib. Lakin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi "Air Force One" təyyarəsində jurnalistlərə açıqlamasında deyib ki, məqsəd ABŞ-ın qruplaşmaların Amerika ordusuna və obyektlərinə hücum etmək imkanlarının azalmasını təmin etmək, eyni zamanda onların himayədarı - İran İslam İnqilabı Keşikçiləri Korpusuna güclü siqnal göndərməkdir.

Kirbi "Prezident qoşunlarımızı və obyektlərimizi, milli təhlükəsizliyimizi və regiondakı maraqlarımızı qorumaq üçün əlindən gələni edəcək" deyib və əlavə edib ki, Baydenın əmri müxtəlif hissədən ibarət olacaq və bir neçə addımı əhatə edəcək.

Onlar İsraillə HƏMAS militantları arasında təxminən 4 aya yaxındır davam edən müharibə zamanı düşmən atəşi nəticəsində həlak olan ilk Amerika hərbçiləridir.

Hücuma görə məsuliyyəti İranın dəstəklədiyi silahlı qruplaşmalardan ibarət "İraqın İslam Müqaviməti" öz üzərinə götürüb.

ABŞ kimin məsuliyyət daşıdığına dair son açıqlama verməsə də, Pentaqon pilotsuz təyyarə hücumunda İranın dəstəklədiyi İraqdakı yarı-hərbi "Kətayib Hizbullah" qruplaşmasının "izlərinin" olduğunu deyib.

Forum

XS
SM
MD
LG