Accessibility links

ABŞ Prezidenti və Vitse-Prezidenti 2021-ci il Federal Vergi Bəyannaməsini açıqlayıb


Prezident Co Bayden və həyat yoldaşı Cill keçən cümə günü federal vergi bəyannamələrini açıqlayıb. Sənəddə cütlüyün keçən il gəlirlərinin 600 min dollardan çox olduğu və 24,6% federal gəlir vergisi ödədiyi göstərilir.

Baydenlər həmçinin gəlirlərinin təxminən 2,8%-ni uşaq istismarının qarşısını almaq üçün çalışan Bo Bayden Fonduna 5000 dollar da daxil olmaqla, 17,384 dollar xeyriyyə təşkilatlarına bağışlayıb. Prezidentin oğlu Bo Bayden 2015-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

Prezidentlərin federal vergi bəyannamələrini ictimailəşdirmək ənənəsi Baydenin sələfi, keçmiş prezident Donald Tramp tərəfindən pozulub. Agentlik prezidentin bu məlumatı açıqlamaqda sərbəst olduğunu iddia etsə də, Tramp gəlirinin Daxili Gəlir Xidməti tərəfindən yoxlandığı üçün bunu edə bilmədiyini bəyan edib.

Baydenlər federal düzəlişdən sonra ümumi gəlirlərinin 610,702 dollar olduğunu və 150,439 dollar federal gəlir vergisi ödədiklərini bildiriblər. Əvvəlki il, Bayden prezidentliyə namizəd olarkən onların gəliri 607,336 dollar təşkil edib.

Bayden yanvarın 20-də vəzifəyə gəldiyi üçün ildə 400 min dollar olan prezident maaşından bir qədər az, 378,333 dollar qazanıb. Şimali Virciniya İcma Kollecində müəllimlik edən Cill Bayden bir ildə 67,116 dollar qazanıb.

Cütlük vergi faizindən 103,258 dollar, pensiya, fərdi pensiya hesabı (IRA) və Sosial Müdafiə Müavinətləri, həmçinin 61,995 dollar kitab qonorarı qazanıb.

Ağ Evin bildirdiyinə görə, vitse-prezident Kamala Harris və həyat yoldaşı Daq Emhoffun ümumi gəliri 1,655,563 ABŞ dolları olub və onlar 31,6% effektiv federal gəlir vergisi üçün 523,371 dollar ödəyib.

Kamala Harris həm də bir sıra kitabların müəllifidir və keçən il onların satışından 386 713 dollar gəlir əldə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG