Accessibility links

ABŞ-da prezidentlik uğrunda seçki kampaniyasında namizədlər arasında ismarıc yarışı


ABŞ Prezidenti Co Bayden
ABŞ Prezidenti Co Bayden

ABŞ Prezidenti Co Bayden cümə axşamı sərt illik hesabat məruzəsi çıxışından sonra cümə günü seçki kampaniyası üçün Pensilvaniyaya səfər edib. Donald Tramp isə şənbə günü Corciya ştatında əsas seçki kampaniyalarından birini keçirməyi planlaşdırır.

Hər ikisi növbəti səkkiz ayda kampaniya aparacaq, eyni zamanda isə başqa öhdəliklərini həyata keçirəcək. Bayden prezident vəzifəsini yerinə yetirəcək, Tramp isə ona qarşı qaldırılan bir sıra cinayət və mülki məhkəmə iddiaları ilə məşğul olacaq.

Bunun son dərəcə şəxsi mübarizə olacağı gözlənilir. Bayden cümə axşamı televiziyada yayımlanan çıxışında “sələfim” deyə bəhs etdiyi Trampı Amerika demokratiyası üçün ekzistensial təhlükə olaraq təsvir edib.

Tramp isə öz növbəsində Baydenin çıxışı zamanı onun öz sosial media platforması olan Truth Social-da onlarla post yerləşdirərək, Baydenin Nümayəndələr Palatasında podiuma getmək üçün çəkdiyi vaxtı, saç düzümünü, səs tonunu və siyasi mövqeyini sərt tənqid edib.

Qarşıdakı səkkiz ay həmçinin ismarıc mübarizəsinə çevrilə bilər ki, bu zaman ərzində Bayden və onun yardımçıları ötən ili xarakterizə edən güclü iqtisadi rəqəmləri vurğulamaq və seçicilərə Trampın vəzifəni nə üçün Riçard Niksonun istefasından bəri ən aşağı təsdiq reytinqi ilə tərk etdiyini xatırlatmaq üçün əlindən gələni edəcək.

Bu arada isə Tramp Bayden vəzifəyə gələndən bəri istehlak qiymətlərinin təxminən 20 faiz artması faktını vurğulamağa, cənub sərhədindəki miqrasiya böhranına diqqət çəkməyə, seçicilərə Baydenin yaşını xatırlatmağa və Tramp vəzifədə olsa, Baydenin vəzifə müddəti dövründə ortaya çıxan qlobal böhranların, o cümlədən Ukrayna və Qəzzadakı müharibələrin qarşısının alınmış olacağını iddia etməyə davam edəcək.

Hər ikisinin mesajı ilə bağlı çətinliklər

“Biz hər iki namizədin bundan sonra kampaniyalarının nə haqda olmasını istədiklərini gördük,” Buffalo Universitetinin politologiya üzrə professoru Ceykob Neiheisel deyib. “Məncə biz onların – dünyadakı vəziyyət və daxili rəy soğrularında əldə etdikləri sübutlar imkan verdiyi qədər - həmin mesaja mümkün qədər yaxın qalmağa çalışacaqlarını görəcəyik.”

Neihesel Amerikanın Səsinə bildirib ki, hər iki namizəd, rəqib tərəflərin onlara xələl gətirmək üçün fəal səyləri olmasa belə, seçkiyə tərcih etdikləri narrativi tətbiq etməkdə çətinlik çəkəcəklər.

“Aydındır ki, Tramp kampaniyasının “COVID-dən öncə, iqtisadiyyatın güclü olduğu yaxşı günləri xatırlayın. Mən o cür şeyi mənimlə assosiasiya etməyinizi istəyirəm,” haqda olmasını istəyir.”

“Bununla bağlı problem odur ki, insanlar təkcə həmin vaxtları deyil, həm də COVID vaxtlarını xatırlayacaqlar. Ona görə də, məncə o, həmin mesajla çətinlik çəkəcək.”

O deyib ki, belə görünür, Bayden seçki kampaniyasını demokratiyanın müdafiəçisi kimi yürütməyi seçkidə qalib gəlməyin formulu olduğuna dair ideyasına çox güvənir.

İqtisadiyyat

Hər iki namizəd, şübhəsiz ki, seçki kampaniyasının böyük bir hissəsini seçicilərin iqtisadiyyatla bağlı görüşlərini formalaşdırmağa çalışmaqla keçirəcək. Cümə axşamı da açıq bir şəkildə sərgiləndi.

Vaşinqtonda Bayden dəfələrlə vəzifə müddətində ölkədəki iqtisadi tərəqqi mövzusunu dilə gətirib və bunu “daha öncə heç vaxt danışılmayan ən böyük geri dönüş hekayəsi” adlandırıb.

“Dostlar, mənə uçurumun kənarında olan bir iqtisadiyyat miras qaldı. İndi bütün dünya sözün əsl mənasında bizim iqtisadiyyatımızı qısqanır. Sadəcə üç ildə 50 milyon yeni iş yeri - bu bir rekorddur, rekord. İşsizlik son 50 ilin ən son səviyyəsindədir.”

Eyni zamanda isə Tramp sosial mediada fəal iştirak edərək, “BAYDENİN [rəhbərliyi] ALTINDA İNFLASİYA AMERİKANI ÖLDÜRÜR!” yazıb.

Sabiq prezident daha sonra amerikalıların benzin, ərzaq, kirayə, ipoteka və elektrik də daxil olmaqla son üç ildə üzləşdikləri qiymət artımını vurğulayaq memlər paylaşıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG