Accessibility links

ABŞ-da fahişəliyə məcbur edilən yeniyetmələr [Video]


ABŞ-da fahişəliyə məcbur edilən yeniyetmələr
please wait

No media source currently available

0:00 0:03:18 0:00
Evlərindən qaçan yeniyetmələr bəzən fahişəliyə sövq, yaxud məcbur olunurlar.
Los Ancelesdə "Gecə Uşaqları" adlı xeyriyyə təşkilatı bu yeniyetmələrə həyatlarını dəyişmək və təhsil almaq imkanları yaradır.

Onlar da digər uşaqlar kimi, kompyuter oyunları oynayır, dərs oxuyur və ya meditasiya etməyə çalışırlar. Lakin bu yaxınlara qədər küçələrdə sutenyorlar tərəfindən satılan bu uşaqlar sağ qalmaq üçün mübarizə aparırdılar.

Alissanın 15 yaşı var. O, bir il bundan əvvəl bacısı ilə birlikdə bir sutenyor tərəfindən fahişəliyə məcbur edilmişdi. Alisa deyir ki, bütün gün mehmanxana otağında ona fahişəlik ədaları öyrədilirdi, O, nə yemək yeyə bilir, nə də ailəsi ilə danışa bilirdi.

Polis tərəfindən həbs edilən Alisa “Gecə Uşaqları” təşkilatının qərargahına gətirilir. Burada uşaqlara özəl dərslər keçirilir. Onlarla təkbətək söhbətlər aparılır və yenidən öz həyatlarına qaytarmaq yolunda işlər görülür.

Əvvəllər fahişəliklə məşqul olan Amberin isə 17 yaşı var. “Burada biz hamımız demək olar ki, eyniyik. Biz bir-birimizə baxır və əmin oluruq ki. biz düz iş görürük. Biz bir ailə kimiyik.”

Bir çox amerikalı Asiya kimi uzaq ölkələrdə insan alverinin olduğu barədə eşidib. Los-Anceles şəhəri polis şöbəsinin rəis müavini Şon Kinq Birləşmiş Ştatlarda da evlərindən qaçan yeniyetmələrin fahişəliyə sürüklənərək, satılması hallarının olduğunu deyir. “Biz dünyada insan alveri və cinayət statistikasını izləyirik. Lakin ölkə daxilində, mən ABŞ-ın digər ştatlarını demirəm, təkcə Los-Anceles şəhərində minlərlə insan alveri qurbanı var.”

Los-Ancelesin media şirkətləri sakinləri belə bir problemin olduğu barədə məlumatlandırmağa çalışır.

“Gecə Uşaqları”-nın təməlini qoyan Lui Li bu yaxınlarda yerli bizneslər və kino-studiyalar da daxil edilməklə, bu təşkilata yardım edənlərə öz minnətdarlığını bildirdi. O, iş sahibləri və könüllülərin yardımı sayəsində keçmişdə fahişəliklə məşqul olan minlərlə yeniyetmənin işlə təmin edildiyini və cəmiyyətə qayıtdığını deyir. “Onlardan bəziləri artıq mütəxəssis, bəziləri məktəb müəllimi bəziləri isə ictimai əlaqələr üzrə çalışır. Onların içərisində şirkətlərdə işləyənlər də var.”

Li belə bir proqramın yeniyetmələri oxumaq və normal həyatla təmin etmək imkanı verdiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG