Florida ştatının şimalında körfəz sahilindən tutmuş Mississippi və Alabama ştatları sərhədinədək uzanan ərazidə yaşayan insanlar Alberto qasırğasına hazırlıq görür. Alberto 2018-ci ilin Atlantik qasırğa mövsümündə ilk ad verilmiş qasırğadır.
Bazar ertəsi səhər saatda 100 kilometrə çatan küləklərlə Alberto hələ də subtropik qasırğa idi. Sinoptiklər bu küləklərin həyata təhlükə yarada biləcək kifayət qədər güclü olduğunu deyib.
Sinoptiklər həmçinin Alberto qasırğasının Kubanın bir hissəsinə 63 santimetrə qədər, Florida ştatının şimal-qərb ərazisi və Alabama ştatına isə 30 santimetrə qədər yağış gətirəcəyini ehtimal edir. Qasırğanın fasilələrlə də ola biləcəyi deyilir.
Sinoptiklər Alberto qasırğasının sahilə çıxdıqdan və Tennesi ştatına daxil olduqdan sonra zəifləyəcəyini ehtimal edir.
Atlantik qasırğa mövsümü ənənəvi olaraq iyunun birindən noyabrın sonunadək davam edir.