Accessibility links

Bayden Qətər lideri ilə Avropaya enerji təchizatını müzakirə edir


ABŞ prezidenti Co Bayden Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani ilə ikitərəfli görüş keçirib. 31 yanvar 2022
ABŞ prezidenti Co Bayden Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani ilə ikitərəfli görüş keçirib. 31 yanvar 2022

ABŞ prezidenti Co Bayden və Qətərin lideri Şeyx Təmim bin Həməd Əl Təni bazar ertəsi Ağ Evdə görüşüb. Danışıqların əsas mövzusunu Rusiyanın Ukraynaya müdaxilə etdiyi halda Qətərin Avropaya təbii qaz tədarük etməsi ilə bağlı müzakirələr təşkil edib.

Qətər əmiri Baydenin prezidentliyinin bir ili ərzində İran Körfəzi ölkələrinin Vaşinqtonda onunla görüşən ilk lideridir.

Görüşün vaxtı təsadüfi seçilməyib. Belə ki, ABŞ və Qərb müttəfiqləri Moskvanın Ukraynaya müdaxilə etdiyi təqdirdə tətbiq edə biləcəkləri sanskiyalara cavab olaraq Vladimir Putinin Qərbi Avropa ölkələrinə enerji nəqlini dayandıra bilməsindən narahatdır.

Rusiya Qərbi Avropanın enerji ehtiyacının təxminən üçdə birini təmin edir. Təxminən 2,9 milyon əhalisi olan Qətər mayeləşdirilmiş təbii qaz ixracatında ABŞ-dan bir qədər geri qalaraq dünyanın ikinci ən böyük ixracatçısıdır və qlobal enerji bazarlarında mühüm rol oynayır.

Təhlilçilər Dohanın Asiya ölkələri ilə mövcud enerji müqavilələri nəzərə Qətərin Avropanı təmin etməyə kömək edəcək qaz hasilatı qabiliyyətinə malik olub-olmamasının aydın olmadığını bildirir.

ABŞ və Qərb Moskvanın Ukraynaya müdaxilə etdiyi halda müxtəlif ehtimalları nəzərdən keçrir.

Rusiya isə Ukraynaya hücum etmək planının olmadığını bildirir, lakin eyni zamanda Ukraynanın şərq cinahında 100 mindən çox əsgəri qüvvə toplayıb. ABŞ rəsmiləri müdaxilənin hər an baş verə biləcəyini bildirib.

Bayden və dövlət katibi Antoni Blinkenlə bazar ertəsi danışıqlarından sonra Tamimin müdafiə naziri Lloyd Ostin, daxili təhlükəsizlik naziri Alexandro Mayorkas və Konqres üzvləri ilə də görüşü planlaşdırılır.

Bayden və Tamimin eyni zamanda İranın nüvə proqramını məhdudlaşdırmaq üçün beynəlxalq müqaviləyə yenidən qoşulmaq səylərini də müzakirə edəcəyi gözlənilir.

Qətər lideri Vaşinqtonda səfəri zamanı çox güman ki, Amerikanın F-35 qırıcı təyyarələri və Predator dronlarının alınması ilə bağlı sorğusunun təsdiq edilməsinə çalışacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG