Tədqiqatçıların dediyinə görə, 2017-ci il Birləşmiş Ştatlarda təbii fəlakətlərin ən record nöqtəyə çatdığı il olub. Ölkə boyu baş verən 16 təbii fəlakət 306 milyard dollar ziyan vurub.
Keçən ilin avqust ayında Texas ştatının bir hissəsini güclü yağışlarla vuran Harvi qasırğası bölgəyə 125 milyard dollar həcmində ziyan vurdu. Yalnız Katrina qasırğası bundan baha başa gəlmişdi.
Florida ştatını və Puerta-Rikonu xarabalığa çevirən Mariya və İrma qasırğaları qasırğa mövsümünün ən ağır fəlakətlərindən idi. Bu qasırğalar 140 milyon dollarlıq ziyan vurdu.
Milli Okean və Atmosfer Administrasiyası Texasdakı yığıncaq zamanı rəqəmləri açıqlayıb. İqtisadçı Adam Smit: “Builki meşə yanğınları nəticəsində vurulan zərər də ən yüksək həddə çatıb, 18 milyard dollar. Bu, 1991-ci illə müqayisədə 3 dəfə artıqdır.”
Keçən il ölkənin 5 ştatında temperatur rekordu qırıb. Bu, ölkə boyu üçüncü ən isti il olub. Hesabatın məqsədi iqlim dəyişikliyinin hansı rolu olduğunu göstərmək deyil. Lakin NOAA monitorinq qrupunun başçısı Diki Arnt deyir ki, istilik dalğalarının daha güclü və daha intensiv olacağı tamamilə aydındır. “Biz bunun istiliyin artması ilə bağlı olduğunu açıq şəkildə gördük. Biz güclü yağışların daha da gücləndiyini, həqiqətən də intensivləşdiyini, bunun isə sellərə səbəb olduğunun şahidi olduq.”
Hesabatda Harvi qasırğasının şimal düzənliklərindəki quraqlığa son qoyduğu bildirilir və bunun nəticəsi olaraq 2017-ci il ən yağmurlu il kimi göstərilir.