Accessibility links

ABŞ-ın Riçmond şəhərində silahlı hücum olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb


ABC News xəbər verir ki, ABŞ-ın Virciniya ştatının Riçmond şəhərindəki Hughnot liseyində buraxılış mərasimindən sonra baş verən silahlı hücum zamanı 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Riçmond polis idarəsinin rəisi Rik Edvardsın dediyinə görə, ölənlər arasında 18 yaşlı orta məktəb məzunu və qonaq kimi gələn 36 yaşlı kişi də olub. 14-58 yaşlarında olan 5 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır. Qarışıqlıqda qonaqlardan birinin avtomobili tərəfindən vurulan 9 yaşlı qız da yaralanıb.

NBS News-un məlumatına görə, hadisə təhsil müəssisəsinin yaxınlığında yerləşən Altria Teatrında keçirilən mərasimdən sonra Monro Parkında baş verib.

Atəş açan şübhəlinin saxlandığı bildirilib. Onun 19 yaşlı yerli sakin olduğu məlum olub. O, artıq iki maddə üzrə ittiham olunub. Polis şübhəlinin qurbanlardan azı birini tanıdığına inanır. Polis, həmçinin hesab edir ki, hücum edən şəxs tək olmayıb. Lakin digərinin kimliyi hələ müəyyən edilməyib.

"Silah Zorakılığı Arxivi"nin məlumatına görə, bu hadisə 2023-cü ilin əvvəlindən ABŞ-da baş verən 279-cu kütləvi qətl hadisəsidir. Associated Press və USA Today-in apardığı statistikaya görə, 2023-cü ildə ABŞ-da təxminən həftədə bir dəfə kütləvi qətllər baş verir.

XS
SM
MD
LG