Accessibility links

ABŞ məhkəməsi Rusiyanın "Boeing 737" təyyarəsinin müsadirəsinə qərar verib


İqor Seçin
İqor Seçin

Nyu York federal məhkəməsi Rusiyanın Ukraynanı işğalına cavab olaraq, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını əsas gətirib və Rusiyanın enerji şirkətinə məxsus 25 milyon dollar dəyərindəki "Boeing 737" təyyarəsinin müsadirəsinə qərar verib.

Təyyarə baş ofisi Moskvada yerləşən və sanksiyaya məruz qalmış oliqarx İqor İvanoviç Seçinin rəhbərlik etdiyi "PJSC Rosneft Oil Co"ya məxsusdur.

Məhkəmə İxrac Nəzarəti İslahatları Aktının pozulmasına əsaslanaraq, 2014-cü ildən bəri ABŞ-da olmayan təyyarənin ABŞ tərəfindən müsadirə edilə biləcəyini ehtimal edən səbəb tapıb.

"Bugünkü qərar onu nümayiş etdirir ki, ABŞ-ın Ukrayna xalqına qarşı əsassız müharibəyə cavab olaraq tətbiq etdiyi sanksiyalardan açıq-aşkar yayınan rus şirkətləri və oliqarxları bunun cavabını verəcək" - deyə, ABŞ prokuroru Breon Pis bildirib.

"Rosneft Oil" məsələ ilə bağlı şərh verməyib.

Bu addım Rusiyanın Ukraynanı işğalından sonra sərvətini tükətmək yolunda davam edən səylərin bir hissəsidir.

Prokuror Pisin ofisi bildirib ki, şirkət ABŞ istehsalı olan təyyarələrin Rusiyaya lisenziyasız daxil olmasını qadağan edən sanksiyaları pozub. Rusiya sanksiyalarının qüvvəyə mindiyi 2022-ci ilin fevralından bəri təyyarə azı yeddi dəfə Rusiyanı tərk edib və yenidən Rusiyaya qayıdıb.

ABŞ rəsmiləri bildirib ki, təyyarə sonuncu dəfə 2014-cü ilin martında ABŞ-da olub və hazırda Rusiyada olduğu və ya Rusiyadan çıxdığı güman edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG