Accessibility links

ABŞ-ın yeni sanksiyaları Rusiya rəsmilərini və qurumlarını hədəf alır


ABŞ cümə axşamı Ukrayna taxılını oğurlamaqda günahlandıran bəzi ruslar, on minlərlə ukraynalı uşağın Rusiyaya deportasiyasına rəhbərlik etdiyi iddia edilən məmurlar və Çeçenistan lideri Ramzan Kadırovun qohumları da daxil olmaqla, bir sıra ruslara qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib.

“Birləşmiş Ştatlar Ukraynaya qarşı müharibəyə görə Rusiya hökumətini cavabdeh bilməkdə davam edir”. Bunu dövlət katibi Antoni Blinken deyib.

Amerikanın baş diplomatının bildirdiyinə görə, hədəfə alınanlar arasında Rusiyanın əsas müdafiə qurumları, Rusiyanın müdafiə sənayesi bazası və maliyyə infrastrukturunu dəstəkləyən qabaqcıl texnoloji şirkətlər, Rusiya hərbi kəşfiyyat agentliyi və insan haqlarının pozulması ilə əlaqəli şəxslər var.

Artıq 2017-ci ildən ABŞ-ın qara siyahısına salınmış Kadırova qarşı əlavə sanksiyalar tətbiq edilib. Yeni qara siyahı Kadırovun üç arvadı və yetkinlik yaşına çatmış üç qızını hədəf alır.

Blinken deyib ki, Mariya Lvova-Belova ukraynalı uşaqları Rusiyaya deportasiya etmək səylərinə görə sanksiyaya məruz qalıb.

Onun sözlərinə görə, sanksiyalar hazırda Rusiya ordusunun nəzarətində olan, Ukrayna ərazilərində Rusiya tərəfindən təyin edilmiş rəsmiləri hədəf alıb.

Blinken sanksiyalar siyahısında Rusiyanın qabaqcıl texnologiya və müdafiə sənayesi bazasına verdiyi töhfənləri məhdudlaşdırmaq üçün 31 müdafiə, texnologiya və elektronika müəssisəsi ilə yanaşı, 5-i yüz minlərlə ton Ukrayna taxılının ələ keçirilməsinə və ya oğurlanmasına nəzarət edən şəxslər olmaqla, 22 Rusiya nümayəndəsinin adı var.

Sanksiyalar qara siyahıya düşənlərin sahib olduğu istənilən aktivlərini dondurur və ABŞ-ın fiziki şəxslər və ya şirkətlərini onlarla iş görməsini qadağan edir.

XS
SM
MD
LG