Accessibility links

Kreml ABŞ-da casusluqda ittiham edilmiş ruslarla əlaqələri inkar edir


Rəsmi Moskva onlara qarşı ittihamların kəşfiyyat deyil, cinayət xarakteri daşıdığını bildirib

Kreml Birləşmiş Ştatlarda yüksək-texnoloji hərbi avadanlığın qeyri-qanuni olaraq Rusiyaya keçirilməsi ilə məşğul olduqları deyilən rus casusları ilə əlaqəsi olmadığını bildirib.

ABŞ rəsmiləri Rusiya və keçmiş Sovet İttifaqının başqa respublikalarından olan 11 nəfəri casusluqda şübhəli bilərək həbs edib. Onlardan biri Qazaxıstanda anadan olan ABŞ vətəndaşıdır.

Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Rıbakov ittihamların kəşfiyyat deyil, cinayət xaraketri daşıdığını deyib. Xarici İşlər nazirliyinin sözsüçüsü isə Kremlin məsələnin detallarını öyrənməyə çalışdığını deyib.

ABŞ-ın Ədliyyə nazirliyi 2008-2012-ci illər arasında Texas ştatında Hyuston şəhərində elektronika şirkətinrə çalışan şübhəlilərin Rusiyaya avadanlığın göndərilməsində eksport nəzarətindən yayınmaq məqsədilə saxta sənədlərdən istifadə ediyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG