Accessibility links

ABŞ Rusiyaya: NATO və Ukrayna ilə bağlı mövqedə dəyişiklik yoxdur


ABŞ Rusiyaya: NATO və Ukrayna ilə bağlı mövqedə dəyişiklik yoxdur
please wait

No media source currently available

0:00 0:02:52 0:00

ABŞ Rusiyaya: NATO və Ukrayna ilə bağlı mövqedə dəyişiklik yoxdur

ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Moskvanın NATO və Ukrayna ilə bağlı bəyan etdiyi təhlükəsizlik narahatlıqlarına yazılı cavabını təqdim etdikdən sonra top artıq Rusiya tərəfdədir. Blinken NATO-nun yeni üzvlər üçün açıq qapı siyasətinin Rusiyanın tələb etdiyi kimi dəyişməyəcəyini açıq şəkildə bildirib. Blinken ABŞ-ın dialoqa açıq olduğunu və diplomatik yanaşmaya üstünlük verdiyini vurğulayıb.

Rusiya Belarusa və Ukrayna ilə sərhədə daha çox hərbi qüvvə və texnika göndərdiyi bir vaxt Dövlət katibi Antoni Blinken ABŞ-ın söz verdiyi kimi Moskvaya yazılı cavab göndərdiyini açıqlayıb.

“Bütövlükdə, burada Rusiya bunu seçərsə, irəliyə doğru ciddi diplomatik yol müəyyən edir. Təqdim etdiyimiz sənəd ABŞ-ın, müttəfiqlərimizin və tərəfdaşlarımızın Rusiyanın təhlükəsizliyi pozan hərəkətləri ilə bağlı narahatlıqları, Rusiyanın ifadə etdiyi narahatlıqların prinsipial və praqmatik qiymətləndirilməsi və ümumi zəmin tapa biləcəyimiz sahələrə dair öz təklifimiz əksini tapır”, Antoni Blinken bildirib.

Blinkendən sənəddə NATO-nun Ukrayna kimi potensial yeni üzvlərə açıq qapı siyasəti ilə bağlı Rusiyaya hər hansı güzəştlərin olub-olmaması soruşulub.

“Birincisi, heç bir dəyişiklik yoxdur. Heç bir dəyişiklik olmayacaq”, Blinken qeyd edib.

Prezident Co Bayden bu həftə Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxilə edəcəyi təqdirdə ona qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib. Blinken məsələyə buna aydınlıq gətirib.

“Birlikdə atacağımız addımlar birbaşa prezident Putinin çox maraqlandığı məsələlər, Rusiyanın iqtisadi və maliyyə cəhətdən fəaliyyət göstərmək qabiliyyəti daxil olmaqla, o cümlədən müdafiə və yüksək texnologiyalar kimi onun ən çox maraqlandığı sektorlar üçün texnologiya inkişaf etdirmə qabiliyyətinə yönələcək və prezidentin dediyi kimi, hər şey masa üzərindədir. Mən bununla bitirirəm”, ABŞ Dövlət katibi bildirib.

Kreml Putinə qarşı sanksiyaların tətbiq edilməsinin heç bir effekt verməyəcəyini və Ukrayna ilə bağlı gərginliyin azaldılması səylərində produktiv olmayacağını bildirib.

Lakin bəzi təhlilçilər bununla razılaşmır. Onlar deyirlər ki, Moskvanın bütün dünyada minlərlə maliyyə institutunu birləşdirən yüksək təhlükəsizlik şəbəkəsi olan SWIFT-dən kənarlaşdırılması Moskvanın ən çox qorxduğu cavab ola bilər.

Bill Brauder Qlobal Magnitsky Kampaniyasının yaradıcısıdır.

“Əgər Rusiya amerikalıların İranla etdiyi kimi SWIFT-dən kənarlaşdırılsa, bu, Rusiyanı iqtisadi baxımdan yenidən qaranlıq əsrlərə qaytaracaq. Bu, real bir imkandır və Vaşinqtonda müzakirə olunur. Bundan əlavə, Putinin oliqarxlarının, onun pulunu onun üçün saxlayanların bütün dünyada aktivlərinin dondurulması tamamilə ağlabatan olardı”, o bildirib.

Rusiyanın Ukrayna ilə həmsərhəd Rostov vilayətində yeni hərbi təlimlər elan etməsi ilə ABŞ-ın yüksək səviyyəli təhlükəsizlik rəsmisi Rusiyanın müdaxiləsinin süni intellekt, kvant hesablamaları və aerokosmik sektorlarda yüksək texnoloji ABŞ avadanlıqlarının ixracına məhdudiyyətləri daxil edəcək sanksiyalara gətirib çıxaracağını bildirib.

XS
SM
MD
LG