Accessibility links

Ukraynada gərginlik fonunda ABŞ və Rusiya arasında ilk müzakirələr "açıq və səmimi" şəraitdə keçib


Ağ Evin bildirdiyinə görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədində təxminən 100 min əsgər yerləşdirməyə davam etdiyi bir vaxt ABŞ və Rusiya iki ölkə arasında gərginliyi azaltmağa yönəlmiş "açıq və səmimi" müzakirələrə başlayıb.

“Bu məqamda Rusiya prezidenti Putinin iki yol var. O, diplomatiya yolunu tuta bilər. Bu həftə danışıqların daha iki raundu var. Biz onları üç danışıqdan ibarət bir paket kimi görürük, fikrimcə onlar da öz tərəfindən bunu qəbul edib. Yaxud da eskalasiya yolu var. Biz, şübhəsiz ümid edirik ki, onlar diplomatiya yolunu seçəcək” - deyə, Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Bayden Putindən qoşunları hərbi bazalara qaytarmasını istəyir. Ağ Ev son bir neçə bəyanatında “Rusiya Ukraynaya müdaxiləni davam edərsə, ABŞ qətiyyətlə cavab verəcək” deyə, xəbərdarlıq edib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov

Kreml Şimali Atlantika Müqaviləsi Təşkilatının şərqə doğru genişlənməsindən narahatdır. Kollektiv təhlükəsizlik alyansı keçmiş Sovet İttifaqına qarşı mübarizə məqsədilə yaradılıb. Moskvanın etirazına baxmayaraq, keçmiş Sovet ölkəsi olan Ukrayna NATO-ya üzv olmağa çalışır. Putin isə deyir ki, hazırkı qoşun cəmləşdirilməsi aqressiv Qərbə qarşı özünü müdafiə məqsədi daşıyır və o, müdaxilə etməyi planlaşdırmır.

"Biz rusların Ukrayna ilə sərhəd bölgələrindəki mövqelərində heç bir ciddi dəyişiklik görmürük. Orada hələ də nəzərəçarpacaq element var. Ruslar gərginliyin azaldılmasında ciddidirlərsə, onlar bu qoşunların bir hissəsini çıxarmağa başlayaraq, bununla güc mövqelərinin bir hissəsini azalda bilər" - deyə, Pentaqonun sözçüsü Con Kirbi bazar ertəsi bildirib.

ABŞ dövlət katibinin müavini Vendi Şerman və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov
ABŞ dövlət katibinin müavini Vendi Şerman və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov

ABŞ və Rusiya diplomatları bazar ertəsi Cenevrədə görüşüb. Putin və ABŞ Prezident Co Bayden dekabrda Ukraynada vəziyyətlə bağlı iki dəfə telefonla danışsa da, bu həftə danışıqlarda heç biri birbaşa iştirak etmir.

Bazar ertəsi keçirilən müzakirələr ABŞ və Rusiyanın danışıqlar masasına gətirmək üçün planlaşdırılan üç raundda keçiriləcək danışıqlardan birincisidir. Digər iki raundda çərşənbə günü Brüsseldə Şimali Atlantika Müqaviləsi Təşkilatı, cümə axşamı isə Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı iştirak edəcək.

ABŞ dövlət katibinin müavini Vendi Şerman deyib ki, bazar ertəsi keçirilən ikitərəfli danışıqlarda "tərəflər təhlükəsizlik maraqlarımıza cavab verəcək və strateji sabitliyi sübuta yetirəcək qarşılıqlı addımları" müzakirə edib. Buraya hər iki tərəfin regionda gələcək hərbi təlimlərinin ölçüsü və miqyası ilə bağlı mümkün məhdudiyyətlər daxildir.

Şerman onu da əlavə edib ki, tərəflər Qazaxıstanda yanacaq qiymətlərinə etiraz olaraq başlayan və sonra rusiyayönlü avtoritar idarəçiliyə qarşı daha böyük etirazlara çevrilən siyasi iğtişaşları müzakirə etməyib.

Bazar ertəsi ABŞ-Rusiya görüşü ərəfəsində hər iki ölkənin yüksək səviyyəli diplomatları rəqiblər arasında uzun müddətdir davam edən gərginliyin bir həftəlik müzakirələrdən sonra azalacağına dair çox az nikbinlik ifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG