Accessibility links

Birləşmiş Ştatlar Ukraynaya daha çox hərbi və diplomatik yardım vəd edir


Birləşmiş Ştatlar Ukraynaya daha çox hərbi və diplomatik yardım vəd edir
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Birləşmiş Ştatlar Ukraynaya daha çox hərbi və diplomatik yardım vəd edir

Prezident Co Baydenin kabinetinin iki ən yüksək səviyyəli nümayəndəsi bu həftə Ukraynaya daha böyük silah paketinin ayrılması üçün müharibə başlayandan ilk dəfə olaraq Kiyevə səfər edib. ABŞ Dövlət katibi Antoni Blinken və Müdafiə naziri Lloyd Austin səfər zamanı prezident Volodimir Zelenskiyə Rusiyanın Ukraynaya qarşı təcavüzünün davam etdiyi vaxt ABŞ-ın Ukraynaya daha çox hərbi və diplomatik dəstək göstərəcəyinə söz veriblər. Dövlət katibi Blinken həmçinin ABŞ-ın Kiyevdə səfirliyinin yenidən açılacağını elan edib.

Silah, yoxsa diplomatiya? Ya da bunların hər ikisi.

Fevralın sonunda müharibə başlayandan bəri ABŞ tərəfindən Kyievə göndərilən ən yüksək səviyyəli nümayəndələr, prezident Co Baydenin kabinetinin iki yüksək səviyyəli üzvü Ukrayna prezidenti Volodimir Zelenskiyə bunların hər ikisini təklif edib.

Zelenski səfərdən əvvəl rəsmilərə əliboş gəlməmək barədə xəbərdarlıq edib.

Müdafiə naziri Lloyd Austin Ukrayna və 15 müttəfiq və tərəfdaş ölkəyə 713 milyon dollar hərbi maliyyə ayrıldığını açıqlayıb.

Dövlət katibi Antoni Blinken isə ABŞ-ın Kiyevdə bağlanmış səfirliyinin yenidən açılacağını bildirib. Prezident Bayden səfir vəzifəsinə namizədin adını açıqlayıb; onun nominasiyası Konqres tərəfindən təsdiq edilməlidir.

Ukrayna Prezidenti Volodimir Zelenski: “Bu gün Kyievdə dövlətimiz üçün belə məsuliyyətli, vacib məqamda mən Amerika Birləşmiş Ştatlarına həqiqətən də Ukraynaya kömək etdiyinə görə çox minnətdaram. Mən həmçinin şəxsən prezident Baydenə Ukraynaya göstərdiyi dəstəyə görə şəxsən təşəkkür etmək istəyirəm.”

ABŞ Dövlət katibi Blinken bildirib ki, səfər artıq səkkizinci həftədir davam edən münaqişədə həlledici məqama təsadüf edir.

“Bizim fikrimizcə, biz mühüm bir vaxtda buradayıq. Bu, Ukrayna üçün, müharibədə vacib məqamdır, təhlükəsizlik, iqtisadi, humanitar sahədə verdiyimiz fövqəladə dəstək və Rusiyaya göstərdiyimiz böyük təzyiq, eləcə də bütün bu cəbhələrdə bunu irəliyə necə aparacağımız barədə ətraflı şəkildə təkbətək söhbət etmək üçün vacib məqamdır.”

Lakin təhlilçilər bu səfərin Avropanın digər liderlərinin səfərlərindən sonra edildiyinə diqqət çəkir.

“Bəzi digər Avropa ölkələri artıq öz səfirliklərini Kyivə köçürüblər. İdeal bir dünyada siz Amerikanın bu səylərdə irəlidə olduğunu görmək istərdiniz, münaqişədən əvvəl olduğu kimi Ukraynanı tərk edən ilk səfirlik və sonuncu qayıdanlar arasında olmasını istəməzdiniz”, Amerika Sahibkarlıq İnstitutunun təhlilçisi Dalibor Rohaç bildirib.

Digər təhlilçilər isə diplomatik addımın çox vacib olduğunu bildirir.

“Bu görüşün ən mühüm nəticələrindən biri ABŞ-ın Ukraynaya diplomatlarını geri göndərməyə hazırlaşdığına dair siqnal verməsidir. Hətta qısa müddətdə diplomatların missiyalarına göndərilməsi, orada konsulluğun açılması həqiqətən də ABŞ-ın öhdəliyinin hələ də mövcud olduğuna dair Ukrayna hökumətinə, Ukrayna xalqına böyük dəstəyin nümayişidir”, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Andryu Lohsen deyib.

Ağ Ev yardımın davam edəcəyini, lakin münaqişə inkişaf etdikcə dəyişə biləcəyini bildirib.

Ağ Evin mətbuat katibi Cen Psaki: “Növbəti paketin necə görünəcəyinə və nəyin qəbul ediləcəyinə gəlincə, mən demək istəyirəm ki, bunları prezident hərbi liderlərlə müzakirə edir və onlar tövsiyələr verir, biz Konqreslə bu müzakirələri aparacağıq. Mən bu məsələdə hələ mövqe bildirə bilmərəm.”

Münaqişənin nə zaman bitəcəyi aydın deyil. Lakin Zelenskinin amerikalılara müraciəti belə olub: “ABŞ bizim ölkəmizin təhlükəsizliyinin gələcək qarantı olmalıdır.”

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG