Accessibility links

Rusiya vətəndaşlarına viza verilməsi sentyabrın 1-də yalnız Moskvadakı ABŞ səfirliyində bərpa ediləcək [Video]


Rusiya vətəndaşlarına viza verilməsi sentyabrın 1-də yalnız Moskvadakı ABŞ səfirliyində bərpa ediləcək
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Birləşmiş Ştatlar Rusiya vətəndaşlarına qeyri-immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb. Bu addım Birləşmiş Ştatların ölkəyə qarşı tətbiq etdiyi sanksiyalara görə Rusiya rəsmilərinin ABŞ-ın səfirlik işçilərinin sayının yarıdan çoxunun azaldılması haqda qərar verməsindən sonra atılıb. İki ölkə arasında diplomatik münasibətlərdə gərginliyin artdığı vaxt Rusiya xarici işlər naziri Moskvanın qərarla bağlı veriləcək ən yaxşı cavabı nəzərdən keçirdiyini bildirib.

Birtləşmiş Ştatlar viza prosesinin dayandırılması ilə bağlı addımın Rusiyanın ABŞ səfirlik işçilərinin sayına qoyduğu məhdudiyyətə görə atıldığını bildirib. Vizaların verilməsi sentyabrın 1-də yalnız Moskvadakı ABŞ səfirliyində bərpa ediləcək. Sankt-Peterburq, Yekaterinburq və Vladivostokqdakı konsulluqların işi isə kadrların sayının az səviyyədə saxlandığı müddətdə dondurulacaq.

“Mən bununla bağlı mənfi fikirdəyəm. Təəssüflər olsun ki, mənim dostlarımdan birinin avqustun 24-ü Yekaterinburqda müsahibəsi var idi və o, viza ala bilməyəcək” deyə, Stepan adlı Rusiya vətəndaşı bildirir.

Ruslar məyusluq hissi ilə bunun turizm, biznes və təhsil almaq məqsədilə ABŞ-a səfər edənlərə təsir edəcəyini deyir. İnna adlı həkim isə bunu deyir: “Bu çox ağılsız bir işdir, çox mənasız bir işdir. İki dövlət arasında baş verənlərə görə niyə insanlar əziyyət çəkməlidir?”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov vizanın dayandırılması səylərinin ruslar arasında Rusiya rəsmilərinin atdığı addımlar barədə fikir ayrılıqları yaratmaq məqsədi daşıdığını deyib. “Bizim cavabımıza gəldikdə, artıq dediyim kimi, Amerika tərəfin elan etdiyi qərarları hərtərəfli öyrənməliyik. Baxarıq... Yalnız onu deyə bilərəm ki, biz hansısa qərarı Amerika vətəndaşlarına şamil etməyəcəyik."

İyul ayında Rusiya Birləşmiş Ştatların sanksiyalarına cavab olaraq ABŞ səfirliyinin işçilərini diplomatik mülkiyyətdən çıxarıb və işçilərin sayının 700 nəfərə qədər azaldılmasını tələb edbi.

Bu arada isə Birləşmiş Ştatlar səfirliyində işləyən yüzlərlə Rusiya vətəndaşının çoxunun işini itirmə qorxusu var.

XS
SM
MD
LG