Accessibility links

ABŞ və Rusiya müdafiə nazirləri telefonda söhbət edib


Ukrayna əsgərləri Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərindəki rus mövqelərini minaatanlardan atəşə tutur. 21 oktyabr 2022-ci il.
Ukrayna əsgərləri Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərindəki rus mövqelərini minaatanlardan atəşə tutur. 21 oktyabr 2022-ci il.

ABŞ və Rusiyanın yüksək səviyyəli müdafiə rəsmiləri cümə günü aylar sonra ilk dəfə telefonla söhbət ediblər. Belə ki, Rusiya rəsmiləri danışıq aparmaq ehtımalına açıq olduqlarına işarə ediblər. Eyni zamanda isə Ukrayna qüvvələri ölkənin cənubunda Rusiyanın işğalı altında olan Xerson şəhərinə yaxınlaşırlar.

Birləşmiş Ştatlar və Rusiya ABŞ-ın müdafiə naziri Lloyd Austin ilə Rusiyanın müdafiə naizri Sergey Şoyqu arasında baş tutan telefon danışığının detallarını açıqlayıblar. Onlar söhbətin diqqət mərkəzində Ukraynadakı müharibəni saxlamağa razılaşıblar. Pentaqonun məlumatına görə, Austin Ukraynada davam edən müharibə zamanı kommunikasiya xətlərini açıq saxlamağın vacibliyini vurğulayıb.

Kreml isə bildirib ki, iki rəsmi beynəlxalq təhlükəsizlik problemlərini, xüsusilə Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Cümə günü baş tutan telefon danışığından öncə Austin və Şoyqu ən son mayın 13-də ABŞ müdafiə naziri Ukraynada təcili atəşkəsə çağırdığı zaman danışıblar.

Bu telefon söhbəti Kremlin danışıqlara açıq olduğuna işarə etməsindən sonraya təsadüf edib.

Sözçü Dmitri Peskov cümə günü müxbirlərə deyib ki, Rusiya Prezidenti Vladimir Putin “ən başından bəri” danışıqlara açıqdır.

Putin “hətta xüsusi hərbi əməliyyatdan öncə belə həm NATO həm də Birləşmiş Ştatlarla danışıqlar başlatmağa çalışıb,” Peskov əlavə edib.

Bundan öncə isə cümə günü Türkiyə Prezideti Rəcəb Tayyib Ərdoğan danışıqlara dair ümidləri artırıb və deyib ki, Putin indi "daha yumşaq və danışıqlara daha açıq” görünür.

ABŞ və NATO rəsmiləri dəfələrlə bildiriblər ki, Putinin döyüşlərə son qoymasının ən sürətli yolu onun Rusiya qüvvələrini Ukraynadan geri çəkməsidir. Rusiya lideri isə bunu etməkdən imtian edib.

Qərb rəsmiləri həmçinin deyiblər ki, hər hansı həll yolunun şərtlərinə Ukrayna razılıq verməlidir. Ukrayna isə hazırda Ukraynanın işğalı altına olan bütün əraziləri, o cümlədən Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı geri alacağını vəd edib.

Rusiyanın bu təkliflərinə baxmayaraq, Moskva keçən ay ilhaq etdiyi dörd Ukrayna bölgəsinin qaytarılması ilə bağlı danışıqlardan davamlı olaraq imtina edib.

Ukrayna Prezidenti Putin hakimiyyətdə qaldığı müddətdə Moskva ilə hər hansı danışıqları istisna edib.

ABŞ-ın dövlət katibi Antoni Blinken cümə günü bildirib ki, Putinin mənalı diplomatiya aparmaq niyyətinin olduğuna dair işarə yoxdur.

O, Vaşinqtonda fransalı həmkarı Katerin Kolonna ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, “Bütün işarələr onu göstərir ki, prezident Putin mənalı diplomatiya aparmaq istəməməklə yanaşı, əks istiqamətdə irəliləməyə davam edir.”

Bu arada isə Ukrayna qüvvələri cümə günü Xerson bölgəsində Rusiya qüvvələri üzərində üstünlük əldə etməyə davam ediblər. Onlar Dnepr çayı üzərində Rusiyanın təchizat yollarını hədəf alıblar.

Ukraynanın cənubi əməliyyat komandalığının sözçüsü deyib ki, qüvvələri cümə axşamı Rusiyanın Xersondakı qüvvələrini təchiza etmək üçün istifadə etdiyi əsas körpüyə, o cümlədən bir neçə bərə keçidinə və səyyar körpülərə zərbə endirib,

Rusiya cümə günü Ukraynanı regiondakı bərə keçidlərinə hücumu zamanı ən azı dörd mülki vətəndaşı öldürməkdə itiham edib. Ukrayna əraziyə komendant saatında, mülki vətəndaşların evlərini tərk etməməli olduğu vaxtda atəş açdığını bildirib.

Xersonun Moskvanın təyin etdiyi bölgə administrasiyasının rəsmisi Kirill Stremousov Telegram-da paylaşdığı videoda “Bu gün biz Xerson şəhərini müdafiə üçün qala olmağa hazırlayırıq və sona qədərə müdafiə etməyə hazırıq” deyib.

XS
SM
MD
LG