Accessibility links

ABŞ-da saxta universitet aşkar edilib


Federal rəsmi Amerikanın Səsinə Birləşmiş Ştatlarda saxta universitetin açıldığını təsdiq edərək, ölkə boyu 138 nəfərin həbs edildiyini və həbslərin davam edə biləcəyini bildirib.

Çərşənbə günü açıqlanan federal iddiada adları siyahıda olan tələbələrin heç vaxt həmin universitetdə təhsil almayacaqlarını, lakin bunun onlara Birləşmiş Ştatlarda yüksək təhsilli mütəxəssislər kimi qanuni olaraq işləyə biləcəklərindən xəbərdar olduqları deyilib. İddiada bunun potensial viza fırıldaqçılığı ola biləcəyi vurğulanıb.

“Onlar dərslərə getməyəcəklərini, aldıqları dərslərdən kreditlər əldə etməyəcəklərini və ya akademik dərəcə almayacaqlarını bilirdilər, lakin onların məqsədi CTP proqramı çərçivəsində Birləşmiş Ştatlarda tələbə vizası alaraq, qanuni işləməyə icazə almaq olub,” deyə iddiada bildirilib.

Miçiqan ştatının Detroyt şəhərində Farminqton adlı saxta universiteti Birləşmiş Ştatların Təhlükəsizlik Nazirliyinın agentləri 2015-ci ildə yaradıb. Birləşmiş Ştatlar hökuməti həmin vaxtdan bəri nə binası, nə müəllimləri, nə tələbə yataqxanası olan, ümumiyyətlə ABŞ-ın ali təhsil qanununa zidd olan bu universitetin siyahısında 600-dən çox xarici vətəndaşın adının olduğu bildirilib.

XS
SM
MD
LG