Accessibility links

ABŞ müdafiə naziri Kyivə gözlənilməyən səfər edib


ABŞ-ın müdafiə naziri Lloyd Astin Kiyevə gəlişi ilə qarşılanır, 20 noyabr 2023.
ABŞ-ın müdafiə naziri Lloyd Astin Kiyevə gəlişi ilə qarşılanır, 20 noyabr 2023.

ABŞ müdafiə naziri Lloyd Austin Ukrayna liderlərinə ABŞ-ın Rusiyanın müdaxiləsinə qarşı mübarizəsində ölkəni dəstəkləməyə davam edəcəyinə əmin etmək məqsədilə Qərb müttəfiqliyini nümayiş etdirərək, bazar ertəsi noyabrın 20-də Kyivə əvvəlcədən elan edilməmiş səfər edib.

Ostini Kyivin qadar stansiyasında ABŞ-ın Ukraynadakı səfiri Bridjit Brink və ABŞ-ın müdafiə məsələləri üzrə attaşesi, briqada generalı Kiplinq Kahler qarşılayıb. Səfər zamanı onu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin komandanı və ABŞ-ın Avropa Komandanlığının rəhbəri, ABŞ generalı Kristofer Kavoli müşayiət edir.

ABŞ-ın yüksək rütbəli müdafiə rəsmiləri bildiriblər ki, Austin Kyivə qarşıdan gələn qış döyüşlərini müzakirə etmək və gələcək təhlükəsizlik yardımını planlaşdırmaq üçün gedib.

"Biz müntəzəm olaraq təhlükəsizlik yardımı göstərməyə davam edirik və bunu bütün qış ayları boyu etməyi planlaşdırırıq", səfər zamanı təhlükəsizlik baxımından anonimlik şərti ilə jurnalistlərə açıqlama verən yüksək səviyyəli müdafiə rəsmisi deyib.

Austinin 2022-ci ilin aprelindən bəri Ukraynaya ilk səfəri qış fəslinin başlaması ilə Ukrayna və Qərb rəsmilərinin Rusiya prezidenti Vladimir Putinin keçən qış olduğu kimi, əsas infrastrukturu yenidən hədəf almağa başlayaraq, bir çox ukraynalını qışın ən soyuq günlərində işıqsız qoyacağına əmin olduqlarını bildirdiyi vaxta təsadüf edir.

Həftə sonu Rusiya ərazisindən buraxılan 40-a yaxın İran istehsalı pilotsuz təyyarə Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələrini hədəf alıb.

Ukrayna qüvvələrinin 38 pilotsuz təyyarədən 29-nu məhv etdiyini, lakin Ukraynanın vura bilmədiyi bəzi dronların bir çox infrastruktur obyektlərinə zərbələr endirməsinin ölkənin 400-dən çox şəhər və kəndində elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.

Pilotsuz təyyarələr cənubda Odesa və Zaporijye vilayətləri, şimalda Belarusla sərhədə yaxın Çerniqov vilayəti ərazilərinə hücumlar edib. Ukrayna rəsmiləri bu ay Kyivin ikinci dəfə hədəf alındığını, lakin paytaxta döğru uçan bütün pilotsuz təyyarələrin vurulduğunu bildirib.

Forum

XS
SM
MD
LG