Accessibility links

ABŞ dövlət katibi Vyetnamın baş naziri ilə görüşüb


ABŞ Dövlət katibi Antoni Blinken və Vyetnamın Xarici işlər naziri Bui Tan Son. Hanoy, Vyetnam. 15 aprel, 2023.
ABŞ Dövlət katibi Antoni Blinken və Vyetnamın Xarici işlər naziri Bui Tan Son. Hanoy, Vyetnam. 15 aprel, 2023.

ABŞ Dövlət katibi Antoni Blinken şənbə günü Hanoya gedib. Bu, onun ABŞ-ın baş diplomatı vəzifəsində Vyetnama ilk səfəridir.

Blinken şənbə günü Vyetnam Prezidenti Fam Min Çinlə görüşüb.

Onun Vyetnama səfəri Bayden administrasiyasının Çinin regionda artan təsirinin qarşısını almaq kampaniyasının bir hissəsidir.

ABŞ Hanoyda 1.2 milyar dollarlıq səfirlik kompleksi inşa edir. Bu, ABŞ-ın Cənub-şərqi Asiyadakı ticarət tərəfdaşı ilə əlaqələri yaxşılaşdırmağa sadiqliyinin ümayiş etdirmək üçün hazırlanmış bir addımdır.

Ancaq Vyetnam çox həssas bir balansı qorumalıdır və ABŞ-la münasibətlərini gücləndirərkən, güclü qonşusu Çinlə düşmənçilik etmək istəmir.

Blinkenin Vyetnama səfəri keçmiş ABŞ Prezidenti Riçard Niksonun administrasiyasının ABŞ-ın döyüş qüvvələrini Vyetnamdan geri çəkərək, Vyetnam Müharibəsinə son qoymasının 50-ci ildönümündən iki həftə sonraya təsadüf edir.

XS
SM
MD
LG