Bu günlərdə Senatda aparılan büdcə danışıqları siyasi qütbləşməni aşkar büruzə verdi. Bu isə bir çox insanların gözündə ABŞ demokratik sisteminin işləkliyini sual altına alıb.
Merilend ştatından Devid Stark demokratiya təcəssümü olan Birləşmiş Ştatlar Senatını ziyarət edənlərdən biridir. Lakin o, bu binanın daxilindəki qütbləşmədən pərişan olduğunu deyir. “Bilirsiniz, arzu edərdim ki, mərkəzçi bir fraksiya olsun və tərəfkeş partiya liderlərinin əleyhinə gedə bilsin.”
Maliyyə uçurumunun qarşısını almaq məqsədi ilə Konqres prezident Barak Obama ilə birlikdə xərclərin kəskin azaldılması və vergilərin artırılması üzərində nəhayət razılığa gələ bilsələr də siyasi səhnə siyasətçilərin birgə işləyə bilməməsini göstərdi.
Demokrat prezident Barak Obama ilə Nümayəndələr Palatasının spikeri, Respublikaçı Con Beyner arasında danışıqlar baş tutmadı. Eləcə də, Senatda Demokrat və Respublikaçıların liderləri razılıq əldə edə bilmədilər.
Brukinqs institutundan alim Tomas Mann danışıqların dalana dirənməsini struktural problem kimi səciyyələndirir. Belə ki, Amerikanın siyasi quruluşu hökumətin müxtlif qanadları arasında əməkdaşlığı çətinləşdirir. “Bizim siyasi partiyalar elə təkamül edib ki, dövlətin baniləri sistemi quranda bunu nəzərə almamışdılar. O üzdən də idarəçilik sistemində problem yaşanır.”
Sonda məsələnin həllinə yol açan faktor vitse-prezident Co Baydenlə sabiq senator və Senatda azlıq lideri olan Miç Makkonelin arasındakı şəxsi münasibətlər oldu. Yeni ilin ilk günü Konqresdə keçirilən xüsusi yığıncaq zamanı federal defisitlə bağlı qanun layihəsi qəbul olundu. Lakin Mann bunun hər halda böyük ikitərfli nailiyyət olduğunu düşünür. “Sonda onlar maliyyə uçurumunun qarşısını ala bildirlər və geniş dəstək alan qanun layihəsi səsverməyə çıxarıla bildi.”
Amerika Universitetindən professor Allan Lixtman büdcənin gələcəkdə yeni qanunvericiliyin gündəmində əsas yer tutacağından narahatdır. “Biz milyonerlər üzərində verigilərin 35 faizdən 39 faizə qaldırılması və digər məsələlərdən narahat olduğumuz halda, ölkənin qarşısında duran problemlərə biganə qalmışıq.”
Professor Lixtman Konqresdə büdcə mübahisələrinin getdiyi bir vaxt, təbii fəlakətlər və iqlim dəyişiklikyi kimi problemlərə məhəl qoyulmadığından gileylənir.