Accessibility links

ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib


Cümə axşamı ABŞ Senatı Rusiyanın işğalı ilə mübarizə aparan Ukraynaya 40 milyard dollarlıq yeni yardım paketini təsdiqləyib. Nümayəndələr Palatası keçən həftə paketin lehinə səs vermişdi.

ABŞ prezidenti Co Baydenin sənədi dərhal imzalayacağı gözlənilir.

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı gündəlik müraciətində deyib ki, Senatın yardım paketini qəbul etməsi “güclü liderliyin təzahürü və azadlığımız üçün ümumi müdafiəmizə zəruri töhfədir.”

Bundan əlavə cümə axşamı ABŞ Dövlət katibi Antoni Blinken administrasiyanın Ukraynaya daha 100 milyon dollarlıq hərbi yardıma icazə verdiyini bildirib. Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, yardım paketinə əlavə 18 haubitsa və onları hərəkət etdirmək üçün 18 maşın və daha üç artilleriya əleyhinə radar daxildir.

Rusiya Müdafiə Nazirliyi cümə axşamı yüzlərlə əlavə Ukrayna əsgərinin Mariupolda mühasirədə olan Azovstal polad zavodunda təslim olduğunu və bu həftə onların ümumi sayının 1730-a çatdığını bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsi cümə axşamı verdiyi açıqlamada, çərşənbə axşamı başlayan əməliyyatın Azovstaldan çıxan döyüşçülərin qeydiyyata alındığını bildirib.

Rusiya Müdafiə Nazirliyi mayın 19-da Mariupoldakı Azovstal zavodunda olan daha yüzlərlə Ukrayna əsgərinin təslim olduğunu açıqlayıb. Bununla da təslim olanların ümumi sayı 1730-a çatıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bəyanatında deyilir ki, Azovstalı tərk edən döyüşçülər qeydiyyata alınır. Bu əməliyyat çərşənbə axşamı başlayıb və cümə axşamı da davam edir.

Beynəlxalq Qızıl Xaç Komitəsini bildirib ki, "BQXK hərbi əsirləri saxlandıqları yerlərə daşımır. Komitənin həyata keçirdiyi prosesə fərdin adı, doğum tarixi və ən yaxın qohumu kimi şəxsi məlumatların olduğu anketi doldurmaq daxildir. Bu məlumat BQXK-ya əsir düşənləri izləməyə və ailələri ilə əlaqə saxlamağa imkan verir".

Rəsmi Kyiv isə Mariupolda son təslim olan ukraynalı döyüşçülərin sayı ilə bağlı Rusiyanın rəqəmlərini təsdiqləməyib.

Ukrayna tərəfi əsgərlərin Rusiya ilə məhbus mübadiləsinin bir hissəsi ola biləcəyinə ümid etdiyini bildirib. Rusiyanın əsas istintaq orqanı isə onları dindirmək və mülki şəxslərə qarşı cinayətlərdə iştirak edib-etmədiyini müəyyən etmək niyyətində olduğunu açıqlayıb.

Rusiya qüvvələrini əsasən şərqdəki Donbas bölgəsində cəmləyərkən, Moskva ilə bir neçə raund danışıqlarda iştirak edən prezident Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak cümə axşamı deyib ki, atəşkəs razılaşması Rusiya qoşunları tamamilə çıxarılmadan mümkün olmayacaq.

"Rusiya işğal olunmuş əraziləri tam azad etməyə hazır olana qədər bizim danışıqlar komandamız silah, sanksiyalar və puldan ibarətdir" - deyə, Podolyak Twitter hesabında yazıb.

XS
SM
MD
LG