Accessibility links

"Miri's Haven Senior Dog Rescue" əsasən sağlamlıq problemi olan itlərə yardım edir


"Miri's Haven Senior Dog Rescue" əsasən sağlamlıq problemi olan itlərə yardım edir
please wait

No media source currently available

0:00 0:03:34 0:00

"Miri's Haven Senior Dog Rescue" əsasən sağlamlıq problemi olan itlərə yardım edir

2021-ci ildə Merilend ştatının sakinləri Corciya Dodson və Ceyd Konner qocalmış itləri xilas edən qeyri-kommersiya təşkilatını təsis edib. "Miri's Haven Senior Dog Rescue" indiyə qədər çoxunun sağlamlıq problemi olan 280-dən çox itə yardım etdiyini deyir.


"Bu, Osvalddır. O, bir xarakterdir O, küçə iti kimi tapılıb."

"Bu Biddidir. Biz ona Şerif Biddi deyirik, çünki hamıya nəzarət etmək onun xoşuna gəlir. O, həmişə məsuliyyət daşıyır".

65 milyondan çox amerikalının evində it var. Lakin
Forbes jurnalının 2022-ci ildə açıqladığı hesabata görə, it sahiblərinin 54%-i evə it gətirdikləri üçün peşmandır.

Bəzi it sahiblər başqa səbəblər arasında daimi təmizlik, tük tökülmə, hürmə və səyahət zamanı qulluq xərcləri səbəbindən itlərindən imtina edir. Amerika Heyvanlara qarşı Qəddarlığın Qarşısının Alınması Cəmiyyətinin məlumatına görə, hər il təxminən 3 milyon it ABŞ sığınacaqlarına aparılır.

Dodson və Konner ciddi şəkildə istismar edilən bir iti xilas edib. Onun çənəsi yox idi, cəmi 1,3 kiloqram ağırlığında idi, nə yeyə, nə də içə bilirdi. Ceyd Konner: "Və biz onu təhqir edənləri tapdıq və polis şöbəsinə və heyvanlara nəzarət idarəsi, sonra isə hakimə həmin insanları ona etdiklərinə görə cavabdehlik tələb etməsi üçün kifayət qədər təzyiq göstərdik".

Corciya Dodson: "Beləliklə, də biz bunun bizim üçün həqiqətən vacib olan bir iş olduğunu bilirdik."

Onlar həmin itə "Mirekl" və ya qısaca "Miri" adını verdilər. Sığınacağa da onun adı verildi - "Miri's Haven" (Mirinin Cənnəti).

Cütlük pis vəziyyətdə olan, əsasən də tibbi problemləri olan itləri qəbul etməyə davam etdi. Corciya Dodson: "Çox vaxt bu pis niyyətdən qaynaqlanmır, lakin onlar itə laqeyd yanaşır, ehtiyaclarını o qədər də vacib hesab etmirlər."

"Mirinin Cənnəti"nin ayaqda qalmasına şəxsi ianələr yardım edir. Sığınacaq fərdi evlərdən fəaliyyət göstərir.

İtlər yeni ailələrini gözləyərkən könüllülərlə birlikdə yaşayır.

Bu Sissdir. Onun 11 yaşı var. O, sahibi tərəfindən çox sevili. Lakin sahibinin yaddaşında problem olduğu üçün o, müalicə müəssisinə getməli olub və altı həftə evində tək qalan itə ara-sıra baş çəkilib.

İanələr itlərin yeməyi, həkim ziyarəti və oyuncaqlar üçün xərclərdə istifadə edilir. Sığınacaqdakı hər itin hekayəsindən bəhs edən Facebook səhifəsi də var.

Bəziləri yeni ailələr tapır, lakin hamısı deyil. "Biz itləri itiririk. Onlar gözümüzün qabağında ölür. Ya da necə deyərlər, onları Göy qurşağı körpüsünə qədər müşayiət etmək üçün götürməliyik" - deyə, Ceyd Konner bildirir.

İtlərə qulluq etmədikləri vaxt, Konner Etsi saytında əl işləri olan zərgərlik əşyalarını satır, Dodson isə mühasib işləyir. "Mən bunu özüm üçün edirəm, çünki başqa bir insana və ya bu heyvanlara xidmət etmədən mən bu dünyanın qaranlığında özümü azmış kimi edirəm."

Bu itlər çətin həyat keçirmiş ola bilər, lakin Dodson və
Konner sayəsində onların həyatı indi sevgi və qayğı ilə doludur.

Forum

XS
SM
MD
LG