Accessibility links

ABŞ husilərin gəmi əleyhinə raketini vurub


 USS Gravely
USS Gravely

Yəməndə husi militantları çərşənbə günü Qırmızı dənizdə ABŞ hərbi gəmisinə bir neçə raket atdıqlarını və ABŞ və Britaniya gəmilərini hədəfə almağa davam etməyi planlaşdırdıqlarını bildiriblər.

Bu bəyanat ABŞ ordusunun Mərkəzi Komandanlığının USS Gravely-nin yəməndən İranın dəstəklədiyi husilər tərəfindən atılan gəmi əleyhinə qanadlı raketi vurduğunu bildirməsindən bir neçə saat sonraya təsadüf edib.

CENTCOM açıqlamasında bildirib ki, hücum nəticəsində ölən və ya xəsarət alan olmayıb. Husilər noyabrın ortasından bəri Qırmızı dənizdə 30-dan çox raket və dron hücumu həyata keçirərək, əsas su yolunda kommersiya daşımalarında böyük fasilələrə səbəb olur.

Bir çox gəmiçilik şirkəti cavab olaraq əməliyyatlarını dəyişib və Qırmızı dəniz ilə Aralıq dənizi arasındakı yoldan istifadə etmək əvəzinə gəmilərini Afrika ətrafında gedən daha uzaq və daha bahalı marşrutla göndərməyə qərar veriblər.

Birləşmiş Ştatlar və Britaniya Yəməndə husilərin raket və hərbi obyektlərinə zərbələr endirib, eyni zamanda husilərin atdığı pilotsuz təyyarələri və raketləri sıradan çıxarmağa çalışır.

Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder çərşənbə axşamı müxbirlərə deyib ki, ABŞ “Qırmızı dənizdən tranzit keçən beynəlxalq gəmiləri və dənizçiləri qorumaq, həmçinin husilərin bu cür hücumları həyata keçirmək qabiliyyətini zəiflətmək və mane ol aü üçün” hərəkətə keçib.

Avropa İttifaqı Qırmızı dənizi qorumaq üçün öz donanma missiyasını başlatmağı düşünür.

Aİ-nin siyasət idarəsinin başçısı Cozep Borrel çərşənbə axşamı müxbirlərə deyib ki, o, təşəbbüsün yaxın həftələrdə başlayacağına ümid edir və təşəbbüs husilərə qarşı birbaşa addım atmağa deyil, onların hücumlarının qarşısını almağa yönəldiləcək.

Borrel deyib ki, bir çox Avropa şirkəti gəmilərinin marşrutunu Afrika ətrafına yönəltməyin yüksək xərcləri səbəbindən tədbir görülməsinə çağırıb.

Forum

XS
SM
MD
LG