Accessibility links

ABŞ-da tornadolar onlarla insanın ölümünə səbəb olub


ABŞ-da tornadolar onlarla insanın ölümünə səbəb olub
please wait

No media source currently available

0:00 0:02:28 0:00

ABŞ-da tornadolar onlarla insanın ölümünə səbəb olub

Keçən həftə sonu ölümcül tornadolar bir neçə cənub və orta qərb ştatlarını viran qoyub. Rəsmilər fırtınaların binaları, evləri dağıtması, ağacları qırması və avtomobilləri havaya uçurması səbəbindən azı 27 nəfərin öldüyünü bildirib.

Mobil telefonla çəkilən videoda həftə sonu Birləşmiş Ştatları vuran qoyan onlarla tornadodan birinin yaxınlaşdığını görmək olur.

Rəsmilər dağıntıların 11 cənub və orta qərb ştatını əhatə etdiyini, tornadoların binaların damlarını qopardığını, qəsəbələri yerlə yeksan etdiyini və avtomobilləri havaya qaldırdığını bildirib.

İllinoys ştatının Belvider şəhərindəki Apollo Teatrı-nda tornado nəticəsində damın qismən uçması onlarla insanın yaralanmasına və bir nəfərin ölümünə səbəb olub.

Arkanzas ştatının Litl-Rok şəhərinin rəsmiləri çoxsayda insanın öldüyünü, bəziləri ağır olmaqla, iyirmidən çox insanın yaralandığını bildirib. Little Rock Yanğınsöndürmə İdarəsinin rəisi Delfon D. Habbard: "Biz diqqəti aşmış avtomobillərə, evlərə və müəssisələrə dəyən ciddi ziyana yetirdik. Yanı üstə düşən ağaclar, aşmış elektrik dirəkləri, yerindən qopmuş qaz xətləri ilə yanaşı, orada çox sayda müxtəlif fövqəladə hallarla üzləşməli olduq".

Arkanzas fırtınalar nəticəsində çox sayda insanın öldüyünü bildirən ən azı dörd ştatdan biridir. Bazar günü səhər saatlarından etibarən Arkanzas, İllinoys, İndiana və Ayova ştatlarının qubernatorları bölgələrdə fövqəladə vəziyyət və ya fəlakət zonaları elan edib.

Meteoroloqlar deyirlər ki, Meksika körfəzindən gələn isti, rütubətli hava və güclü küləklər belə fırtınaların yaranmasına səbəb olur. Milli Hava Xidmətindən Brayan Karsione: "Sizin bu iki komponenti birləşdirməyə kömək edən bu cür güclü fırtına sisteminiz var. Bu komponentlər üz-üzə gələndə həmişə bir o qədər də effektiv olmur. Təəssüf ki, bunun baş verməsi üçün ilin çox əlverişli vaxtıdır".

Milli Hava Xidmətinin bildirdiyinə görə, Arkanzasda küləyin sürəti saatda 265 kilometrə çatıb. İnsan və əmlak itkisi ilə yanaşı, yüz minlərlə insan işıqsız qalıb.

Bu son ölümcül fırtınalar, tornadoların bir neçə cənub ştatının bəzi yerlərində geniş dağıntılara səbəb olmasından cəmi bir həftə sonra baş verib ki, bu mövsümdə ikinci təbii fəlakət kimi qeydə alınıb.

XS
SM
MD
LG