Accessibility links

ABŞ Dövlət Departamenti:”Regionda gərginliyə səbəb olacaq hər hansı bir addımı qınayırıq"


Dövlət Departamentinin brifinqində Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası ilə bağlı suallar qaldırılıb

ABŞ Dövlət Departamentinin növbəti birinfinq zamanı keçən həftə Ramil Səfərovun erməni zabitini qətlə yetirmək ittihamları ilə ömürlük həbs cəzasını çəkdiyi Macarıstandan Azərbaycana ekstradisiya olunması və Azərbaycan prezidentinin fərmanı ilə əfv olunması məsələsi ətrafında müzakirə aparılıb.

Brifinqdə iştirak edən jurnalistlərdən biri Dövlət Departamentinin nümayəndəsi Patrik Ventrelə ekstradisiyadan sonra ABŞ hökumətinin Azərbaycan və Macarıstan rəsmiləri ilə hansı səviyyədə müzakirələr apardığını soruşub.

“Biz tamamilə yəqin rəsmilərlə əlaqə saxlamışıq, lakin birifinqdən sonra hansı səviyyədə rəsmilərlə əlaqə saxladığımız haqda məlumatı yoxlamalıyam. Lakin bizim bəyanatlarımızda məsələ ilə bağlı dərin narahatlığımızı bildirmişik” –deyə Patrik Ventrel sualın cavabında bildirib.

Məsələnin Dağlıq Qarabağ sülh prosesinə təsiri olub-olmayacağı ilə bağlı sualın cavabında isə Dövlət Departamentinin nümayəndəsi bunları deyib:”Biz münaqişənin sülh yolu ilə həllinə və gərginliyin azaldılmasına nail olmaq üçün həm Ermənistan, həm də Azərbaycanla əlaqə saxlamağa davam edəcəyik. Biz regionda gərginliyə səbəb olan hər hansı bir addımı həqiqətən də qınayırıq və məhz buna görə də Macarıstanın onun Azərbaycana təhvil verilməsi qərarından olduqca narazı qalmışıq.”

Patrik Ventrel “Azərbaycan prezidentinin açıqlamalarının problemlərin kəskinləşməsinə səbəb olacağını düşünürsünüzmü?” sualının cavabında bu açıqlamaları görmədiyini deyib və əlavə edib:”Amma biz çox narahat olmuşuq və narahatlığımız davam edir”.

Dövlət Departamentinin sözçüsü Ermənistanla səfirlik və başqa kanallar vasitəsilə əlaqələrin davam etdirildiyini deyib.
XS
SM
MD
LG