Accessibility links

Respublikaçılar Obamanın çıxışına cavabda azad iqtisadiyyatın əhəmiyyətini vurğulayıb


Respublikaçılar partiyasının prezidentin illik hesabat məruzəsinə cavabı ilk dəfə olaraq ingilis və ispan dillərində verilib.

Florida senatoru Marko Rubio prezident Barak Obamanın çıxışına cavab müraciətində iqtisadi məsələlərə toxunub. O, orta sinfin vəziyyətinin yaxşılaşdırılması üçün azad sahibkarlığın əhəmiyyətini vurğulayıb.

Senator Marko Rubio cavabında mühacirət islahatları məsələsinə də toxunaraq deyib ki, islahatlar hüquq-mühafizə orqanlarından başlamalıdır. “Biz əvvəllər verilmiş vədlərə əməl etməliyik. Sərhədlərimizi və qanunlarımızı gücləndirməliyik”-deyə o bildirib.

Florida senatoru Amerikaya ən yaxşı və ən bacarıqlı mütəxəssislərin cəlb edilməsi adlandırdığı leqal mühacirət sistemini müdafiə etdiyini deyib. Onun sözlərinə görə, qeyri-qanuni mühacirət məsələsini həll etmək üçün məsuliyyətli bir sistem olmalıdır.
XS
SM
MD
LG