Accessibility links

ABŞ Qırmızı dənizdə növbəti hücumdan sonra husilərin raketlərinə zərbələr endirib


Husilərin hərbi sözçüsü Yəhya Saria
Husilərin hərbi sözçüsü Yəhya Saria

ABŞ ordusu Qırmızı dənizdə gəmiçiliyə təhdid edən Yəmən husilərinin hərəkətlərinə son cavab olaraq sualtı dron və 18 gəmi əleyhinə raketə qarşı hava zərbələri endirib.

ABŞ Mərkəzi Komandanlığı altı zərbənin İranın dəstəklədiyi husilərin Pinokkio konteyner gəmisinə iki gəmi əleyhinə raket atmasından bir neçə saat sonra endirildiyini bildirib.

Liberiya bayrağı altında üzən gəmi Sinqapur şirkətinə məxsusdur.

Mərkəzi Komandanlıq qeyd edib ki, raketlər gəmiyə dəyməyib və itkilər barədə məlumat yoxdur.

Böyük Britaniyanın dəniz ticarəti qurumu hücum zamanı gəminin Yəmənin Salif şəhərindən təxminən 130 kilometr cənub-qərbdə olduğunu bildirib.

Husilərin hərbi sözçüsü Yəhya Saria üsyançıların İsrailin HƏMAS-a qarşı müharibəsi fonunda Qəzzada fələstinlilərlə həmrəylik nümayiş etdirdiklərini iddia etdikləri hücumlara görə məsuliyyəti öz üzərinə götürdüklərini deyib.

Saria bazar ertəsi bildirib ki, husilər müsəlmanların müqəddəs Ramazan ayında kampaniyalarını gücləndirəcəklər.

Forum

XS
SM
MD
LG