Accessibility links

ABŞ ələ keçirilən Rusiya aktivlərinin bir hissəsinin Ukraynaya ötürülməsini dəstəkləyir


Baş prokuror Merrik Qarland Konqresdə ifadə verir. 26 aprel, 2022.
Baş prokuror Merrik Qarland Konqresdə ifadə verir. 26 aprel, 2022.

Bayden administrasiyası Konqresdən ABŞ Ədliyyə Departamentinin Rusiya oliqarxlarının aktivlərinin ələ keçirib, həmin pulun bir hissəsini Ukraynaya ötürməsini asanlaşdıracaq qanunvericilik dəyişikliləri etməsini istəyəcək.

“Biz bu məsələni çox diqqətlə araşdırırıq və mən qanunvericiyə dəyişiklik tələblərinin olacağını gözləyirəm,” Qarland Senatın Mənimsəmə Altkomitəsində Ədliyyə Departamentinin Kremllə əlaqəsi olan rus oliqarxları hədəf almaq üçün əlavə səlahiyyətlərə ehtiyacının olub-olmadığına dair suala cavab olaraq deyib.

“Bunlar xüsusilə bizim konfiskasiya etməyimizi asanlaşdıracaq. Və mümkündür konfiskasiya fondundan pulu çıxarıb Ukraynaya göndərməyimizə imkan yaradacaq.”

Aktivlərin konfiskasiyası məhkəmənin icazəsi ilə aparılan hüquqi prosedurdur və hökumətə qanunsuz olaraq istifadə olunan, qeyri-qanuni əməllərlə əldə olunan və ya cinayəti asanlaşdırmaq üçün istifadə olunan əmlakı ələ keçirməyə imkan verir.

Rusiya Prezidenti Vladimir Putinin zəngin tərəfdaşlarının Ədliyyə Departamenti tərəfindən ələ keçirilən əmlakları və başqa aktivləri departamentinin Aktivlərin Konfiskasiyası Fondunda qoyulur. Pullar adətən istintaq, aktivlərin müsadirəsi əməliyyatları və digər xərclər üçün istifadə olunur.

Qarland deyib ki, administrasiya rusların ələ keçirilən aktivlərinin bəzilərinin “birbaşa Ukraynaya göndərilməsinə” icazə verməyi dəstəkləyəcək.

“Biz bunun üzərində işləyirik və mən yaxında, mümkündür, bir neçə gün ərzində administrasiyanın bəzi tələblər irəli sürə biləcəyini gözləyirəm,” Qarlanda administrasiyanın təklifi ilə bağlı deyib.

Altkomitənin üzvləri Putinin tərəfdaşlarını hədəf almaq üçün səylərin gücləndirilməsinə dəstəklərini ifadə ediblər.

ABŞ-ın bu təklifi Bayden administrasiyasının Rusiya aktivlərini likvidasiya edib, ələ keçirilən Rusiya aktivlərini Ukraynaya ötürmək üçün çağırışların artdığı bir vaxta təsadüf edib. Bəzi hüquq ekpertləri Byadenin 1977-ci qanun altında bunu etmək səlahiyyətinin olduğunu deyir.

Ədliyyə Departamenti və Ağ Evin sözçüləri təkliflə bağlı sualları dərhal cavablandırmayıb.

Ədliyyə Departamenti ötən ay Rusiya hökumətinin rəsmilərinə və oliqarxalara qarşı sanksiyaların tətbiq olunmasına, onların yaxtalarının, təyyarələrinin, daşınmaz əmlaklarının və başqa aktivlərinin hədəf alınmasına yardım etmək üçün KleptoCapture işçi qüvvəsini yaradıb.

Məqsəd Putinin Ukrayna müharibəsi başlayandan bəri çox sayda ABŞ və beynəlxalq sanksiyalarla üzləşən ən yaxın tərəfdaşlarını hədəf almaqla, ona Ukraynaya dəhşətli hərbi müdaxiləyə son qoymaq üçün təzyiq göstərmək idi.

Ədliyyə və maliyyə nazirlikləri rus oliqarxaların aktivlərini “ələ keçirmək və dondurmaq” səylərinin bir hissəsi olaraq həm də Rusiya Elitaları, Vasitəçiləri və Oliqarxları (REPO) adlanan ayır bir aparat yaradıblar. Qarland deyib ki, Rusiyaya qarşı sanksiyaları tətbiq etmək üçün beynəlxalq əməkdaşlıq “ürəkaçandır.”

Bu ayın əvvələrində Ədliyyə Departamenti ələ keçirdiyi ilk aktivin rus oliqarx Viktor Vekselberqə məxsus 90 milyon dollar dəyərində 77 metrlik lüks yaxtanın olduğunu açıqlayıb. Yaxta Vaşiqtonun tələbi üzərinə İspaniya hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilib. Vekselberq Maliyyə Nazirliyinin ABŞ sankiyalarının tətbiq olunması üçün prioritet olaraq müəyyən etdiyi 50 rusdan biridir.

“Biz beynəlxalq tərəfdaşlarımızla birlikdə cinayət əməlləri ilə Rusiya hökumətinə ədaəltsiz müharibəsini davam etdirməyə imkan yaradan hər hansı şəxsi cavabdeh tutmaq üçün əlimizdən gələni edəcəyik,” Qarland deyib.

Qarland çərşənbə axşamı ifadəsi zamanı Rusiyanın Ukraynadakı müharibəsini qınayıb və deyib ki, video və fotolarda görünən “dəhşətli vəhşiliklər 20-ci əsrdə böyüyən heç kəsin 21-ci əsrdə də gözləməyəcəyi şeylərdir.”

XS
SM
MD
LG