Accessibility links

ABŞ prezidenti Ali Məhkəmənin hakimi vəzifəsinə qadın hüquqşünasın namizədliyini irəli sürüb


Prezident Barak Obama Birləşmiş Ştatların doqquz nəfərdən ibarət Ali Məhkəməsində vakant yeri tutmaq üçün baş prokurorun müavini Yelena Kaqanı nominasiya edib

ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların doqquz nəfərdən ibarət Ali Məhkəməsində vakant yeri tutmaq üçün baş prokurorun müavini Yelena Kaqanın namizədliyini irəli sürüb.

Cənab Obama bu gün bunu elan edərək deyib ki, Kaqan ölkədə ən yaxşı hüquqşünaslardan biri hesab edilir. O deyib ki, təsdiq olsa, təqaüdə çıxan hakim Con Pol Stivensin yerinə təyin ediləcək Kaqan onun kimi qanunun müdafiəsi işində yüksək peşəkarlıq, müstəqillik və düzgünlük nümayiş etdirəcək.

Hakim Stivens iyun ayının əvvəli təqaüdə çıxacaq.

Yelena Koqanın namizədliyi ABŞ Senatında təsdiq edilməlidir.

50 yaşlı Koqan Harvard universitetinin hüquq fakültəsini bitirib. Təsdiq edilsə, ABŞ Ali Məhkəməsində indiyə qədər hakim olmuş dördüncü qadın olacaq.

XS
SM
MD
LG