Tramp administrasiyası Birləşmiş Ştatlarda yaşayan 7 mindən çox suriyalının “Müvəqqəti Mühafizə Statusu”nu yeniləmək qərarına gəlib.
“Müvəqqəti Mühafizə Statusu” vətənlərinə geri qayıtmalarının həyatları üçün təhlükəli olan miqrant və mühacirlərə tətbiq edilir.
“Bu, həyatı dəyişmək üçün bir şansdır. Bu, sizin həyatda qalmağınız və arzularınızın həyata keçməsi üçün bir sənəddir. Bu sizə bir il yarım rahat yaşamaq imkanı verir. Buna görə mən minnətdar olardım” deyə, bu statusu alan Maykl Şakur bildirir.
Milli təhlükəsizilk naziri Kristyen Nilsen deyib ki, Suriyann kateqoriyalaşdırılmasına əsas verən kriteriyalar, o cümlədən silahlı qarşıdurmalar hələ də davam edir.
“Müvəqqəti Mühafizə Statusu” 18 ay davam edir və qanuna əsasən suriyalılar üçün vaxtaşırı yenilənir.
Trump administrasiyası son 10 ildə zəlzələlər nəticəsində dağımış iki ölkə - Haiti və El-Salvadordan olan qaçqınlar üçün “Müvəqqəti Mühafizə Statusu”na son qoyulması qırarına görə tənqidlərə məruz qalıb.