Accessibility links

ABŞ Suriyada İranla əlaqəsi olan qruplaşmalara hava zərbələri endirib


ABŞ ordusunun bildirdiyinə görə, çərşənbə axşamı gecə saatlarında Suriyanın şərqində “İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı qrupların istifadə etdiyi infrastruktur obyektləri” hədəf alaraq, hava hücumları həyata keçirib.

ABŞ Mərkəzi Komandanlığın Kommunikasiya direktoru, polkovnik Co Buççino deyib ki, prezident Co Bayden Deyr Əz-Zura edilən hücumları təsdiqləyib və əməliyyatın İranın dəstəklədiyi qrupların ABŞ-a qarşı hücumlarından müdafiə məqsədi daşıdığını deyib.

“Bugünkü zərbələr ABŞ heyətini qorumaq və müdafiə etmək üçün idi. Birləşmiş Ştatlar bu addımları eskalasiya riskini məhdudlaşdırmaq və itki riskini minimuma endirmək məqsədi ilə düşünülmüş şəkildə atıb” - deyə, Buççino bildirib.

ABŞ-ın yaydığı bəyanatda avqustun 15-də Suriyanın şərqində ABŞ-ın idarə etdiyi binanın və ABŞ-ın dəstəklədiyi Suriya müxalifəti döyüşçülərinin pilotsuz uçuş aparatları ilə hədəfə alındığı hücuma istinad edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG