Accessibility links

Nensi Pelosi Tayvan prezidenti və qanunvericiləri ilə görüşüb


Çərşənbə günü qanunvericilərdən ibarət nümayəndə heyətinə başçılıq edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi “Tayvandan imtina etməyəcəyimizi birmənalı şəkildə bildirmək üçün gəlmişik” deyib.

"İndi Amerikanın Tayvanla həmrəyliyi həmişəkindən daha çox vacibdir və bu gün bu mesajı çatdırmaq üçün buradayıq," o bildirib.

O, ABŞ-ın yerli yarımkeçiricilərin istehsalını artırmaq və ABŞ şirkətlərinə Çinlə rəqabət aparmağa yardım etmək məqsədi daşıyan yeni qanun layihəsini vurğulayıb. Pelosi Tayvan parlamentinə bu qanun layihəsinin ABŞ-Tayvan iqtisadi əməkdaşlığı üçün "daha böyük imkanlar" təklif etdiyini deyib.

Çin Pelosinin Tayvana səfərinin özünü idarə edən ada üzərində iddia etdiyi suverenliyinin qəbuledilməz pozulması olacağı barədə xəbərdarlıq edib.

Pelosi çərşənbə axşamı gecə adaya gəldikdən qısa müddət sonra Çin ABŞ səfirini çağıraraq, adanı materik Çindən ayıran və həyati əhəmiyyətli gəmi zolaqlarının keçdiyi Tayvan boğazında "uzunmənzilli canlı sursatlar" da olmaqla, Tayvan yaxınlığında hərbi təlimlər keçirəcəyini bəyan edib.

Pekin çərşənbə günü Tayvandan meyvə və balıq idxalına məhdudiyyətlər qoyub.

Tayvan və Çin 1949-cu ildə vətəndaş müharibəsindən sonra parçalanıb. Məğlub olan millətçi qüvvələr Tayvana qaçaraq sonradan uğurlu demokratiyaya çevrilən bir hökumət qurub.

O vaxtdan bəri Çin Kommunist Partiyası ada heç vaxt onun tərəfindən idarə edilməsə də lazım gələrsə, güc tətbiq edərək Tayvanı alacağına söz verib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG